Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Müvazinət (vestibulyar) sensor sistemi



Yüklə 31,99 Mb.
səhifə203/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

8.9. Müvazinət (vestibulyar) sensor sistemi


Bütün heyvan orqanizmləri, o cümlədən insan, məkan və zaman asıllıqları olan, yerdəyişmə və fəal hərəkət tələb edən fiziki mühitdə yaşamağa alışmışdır. Fəal hərəkət edən heyvan
381
orqanizmləri yaşadıqları fiziki mühitlə öz münasibətlərini tənzimləyəbilən sensor mexanizmlərə malik olmalıdırlar. Heyvan orqanizmi nə qədər fəaldırsa və zəhmətkeşdirsə ona öz bədəninin məkanda müxtəlif hərəkətlərinə görə vəziyyətləri haqqında, başqa sözlə, müxtəlif hərəkətlər zamanı bədənin müvazinəti, xarici və daxili təsirlər zamanı müvazinətin (tarazlığın) dəyişiklikləri haqqında sensor informasiyalar ona bir o qədər zəruridir.
Müvazinəti qoruyub saxlmaqdan ötrü insan və ya heyvan orqanizmi müxtəlif informasiyalara əsaslanır. Bunda görmə, eşitmə, dəri, əzələ və vətər reseptorlarının siqnalları az-çox əhəmiyyət kəsb edir. Bir çox heyvan növləri, eləcə də insan bədənin və onun hissələrinin məkanda (fəzada) vəziyyətləri tənzimləyən xüsusi sensor orqanlara malikdir. Onlar əksər heyvanlarda bədənin baş hissəsində, gözlərin yanında və ya eşitmə orqanı ilə birlikdə lokallaşmışdır.
Heyvanlar aləmində bu orqanların bir neçə tipi inkişaf etmişdir. Onurğasızların yüksək inkişaf etmiş nümayəndələrində müvazinət aparatı kimi statosit və ya makula orqanı fəaliyyət göstərir (şəkil 8.9). Statosit içərisi həlməşik maye ilə dolu kisəcikdir, onun divarlarında tükcüklü sensor hüceyrələrindən ibarət olan sahələr (makulalar) vardır. Sensor hüceyrələrin tükcüklərinin uclarında bərk kristal hissəciklər (statolitlər) saxlayır. Bədən əyildikdə kristallar tükcükləri əyir, bu vəziyyət sensor hüceyrələrdə və onlara bağlı olan sinir liflərində yüksək tezlikli impuls yükləri yaradır. Statosit aparat surət, xətti təcili, ağırlıq və ya cazibə qüvvəsi (qravitasiya) ilə əlaqədar olan təsirləri qəbul edir. Statosit əsl qravireseptor orqanıdır. Cazibə qüvvəsi canlıların hamısına təsir edir, fəal hərəkət edən heyvanların böyük əksəriyyəti qravireseptorlara malikdir. Statosit qravitasiya təsirləri duyan effektiv müvazinət orqanlarına aiddir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin