Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə205/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   201   202   203   204   205   206   207   208   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Vestibulyar reseptorları. Vestibulyar aparatın sensor hüceyrələri kinosillər və streosillər adlanan mikrokipciklərə malikdir. Kinosil halqavarı düzülmüş 9 cüt mikroborucuqdan ibarətdir, streosil sitoplazması və 3 qat plazmatik membranı olan incə çıxıntılardır, onlar əslində mikraxovlara daha çox oxşayırlar. Bu quruluş əlamətləri həm otolitin, həm də yarımdairəvi kanallarının tükcüklü sensor hüceyrələrinə xasdır. Makuladakı tükcüklər otolitlərin səthi ilə təmaslanır. Otolitlər kalsi karbonat (Ca2CO3) duzu kristallarıdır, onlar otolit kisəciyindəki həlməşik
384
maye kütləsində sıx birləşir, qalın otolit membranı əmələ gətirirlər. Yarımdairə daraqcıqlar həlməşik maye kütləsinə daxil olur, ampulun o biri tərəfinə qədər uzanırlar.
Vestibulyar aparatın reseptorları müxtəlif yönümlüdür. Bəziləri öz tükcükləri ilə radial konfiqurasiya əmələ gətirir. İnsan və ya heyvan başını tərpədəndə otolidəki və yarımdairə kanalalrındakı bu tip reseptorlar təxminən bir cür oyanırlar. Adətən kinosillər sterosillərin bir tərəfində lokallaşır, bütün bu qrup tükcüklər kinosillərə tərəf əyiləndə vestibulyar sensorlar oyanır, əks tərəfə əyiləndə isə tormozlanırlar.
Onurğasızlarda müvazinət sensorları oyanmanı öz aksonları vasitəsilə birbaşa mərkəzi sinir qanqlilərə ötürürlər, onurğalılarda isə vestibulyar sensorlar aksonlardan məhrumdur, onlar oyanmanı kimyəvi sinapslar (neyromediator mexanizm) vasitəsilə hissi sinir uclarına ötürürlər.
Əksər məməlilərdə o cümlədən insanda, vestibulyar siqnallar nisbətən az sayda (təxminən 40 minə yaxın) hissi sinir lifi vasitəsilə nəql olunur, əvvəlcə arxa beyindəki vestibulyar nüvələrə çatır. Buradan vestibulyar siqnallar 3 istiqamətdə yayılırlar.
Vestibulo-spinal yol. Onurğa beyninə proyeksiya olunan vestibulyar siqnallar vestibulo-spinal sinir traktı ilə hərəkət edir. Bu trakt medial və lateral şaxələrə ayrılır, medial şaxənin lifləri onurğa beynin ön seqmentlərində, boyun və gövdə əzələləri idarə edən hərəki neyronlar ilə sinaptik əlaqələrə girir, lateral şaxənin lifləri isə aşağı ətrafların əzələləri idarə edən onurğa beyin motoneyronları ilə sinaptik əlaqələri yaradırlar. Medial trakt həm də tormozlayıcı hissi liflərdən, lateral trakt isə, ancaq oyadıcı hissi liflərdən ibarətdir. Beləliklə, dəhliz-onurğa beyni yolu bədənin məkanda vəziyyəti müəyyənləşdirən skelet əzələlərin fəaliyyətini geniş səpkidə tənzimləyə bilir. Vestibulyar siqnallar ilk növbədə başın məkandakı vəziyyəti tarazlayan (sabitləşdirən) reflektor sistem formalaşdırır. Baş boyunla, boyon gövdə ilə gövdə isə aşağı ətraflar (ayaqlar) ilə əlaqəlidir və müəyyən məkan vəziyyətləri alır. Başın məkandakı vəziyyəti boyun refleksləri ilə tənzimlənir.
385
Başın və gövdə ilə ayaqların hərəkətləri arasında boyun hərəkətləri əlaqələndirici rol oynayır. Boyun əzələləri başa bağlı olduğuna görə vestibulyar siqnallar onların reflektor reaksiyaları müxtəlif məkan vəziyyətlərindən normal vəziyyətə qaytarır, bu halda vestibulyar stimulyatorların, təsirləri azalır. Bu tip reflekslər mütləqdir, bir çox hallarda qeyri-iradi xarakter daşıyır. Gövdə və ayaq əzələləri başın məkan vəziyyəti ilə boyun əlaqələri sayəsində müəyyən dəyişkən münasibətdə olur. Bu münasibətlər vestibulyar oyadıcı və tormozlayıcı siqnallar və onurğa beyin hərəki refleksləri vasitəsilə tənzimlənilir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin