Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə214/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   210   211   212   213   214   215   216   217   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 8.15. Göz alması. Bəbək refleksi kəsiyində: 1-bağlar, 2-buynuz
400
qişa, 3-qüzehli qişa, 4-bəbək, 5-ön kamera, 6-büllur, 7-kirpikli cisim, 8-konyuktiv, 10-göz əzələsi, 11-Şüşəyəbənzər cisim kanalı, 12-görmə siniri, 13-kor ləkə, 14-mərkəzi çuxur, 15-torlu qişa, 16-damarlı qişa, 17-ağlı qişa.
Göz alması mürəkkəb quruluş kəsb etmişdir. O buynuz qişa və konyuktiv, quzehli qişa, ağlı qişa (sklera), damarlı qişa, ön və arxa kamera, billur və şüşəyəbənzər cisimdən, torlu qişadan ibarətdir. Gözün ön və arxa kamerası sulu nəm ilə dolmuşdur. Billur iki tərəfi qabarıq linza kimi qurulmuşdur. Şüşəyəbənzər cisim göz alması boşluğu dolduran şəffaf üzvi kütlədir.
Göz işığı buraxan və sındıran üzvü linzalar sisteminə malikdir. Havanın işıqlığı, cansız və canlı obyektlərdən əks olunan işıq şüaları gözdə ardıcıl olaraq bir neçə işıqsındırıcı bioloji mühitlərdən keçir. Gözün, eləcə də hər bir optik sistemin işıqlandırma qüvvəsi, dioptriya (D) ilə ifadə edilir.1 dioptriya fokus məsafəsi 1m olan linzanın işıqsındırma qüvvəsinə bərabərdir. Gözün dioptriyasını hesablamaqdan ötrü adətən gözdəki işıq sındırıcı səthlər cəbri olaraq cəmləşdirilir və bir linza kimi qəbul edilir. Bu cür bir linzalı sadələşdirilmiş göz modelində, əgər billur uzaqdakı cisimləri görmək üçün uyğunlaşmışdırsa və mərkəzi fokus nöqtə tor təbəqədən təxminən 17 mm qabaqda yerləşmişdirsə, onda gözün işıqsındırma qüvvəsi 59 dioptriya təşkil edir. İşıq süalarının kəsişdiyi fokus nöqtə tor qişanın qabığına, arxasına və üzərinə düşə bilər. Bundan asılı olaraq gözdə normal, yaxın və uzaq görmə xassələri meydana gəlir. Tor qişada görünən obyektlərin kiçildilmiş və tərsinə çevrilmiş obrazları əks olunur (şəkil 8.16).
401

Şəkil 8.16. Gözün quruluş sxemi (A). Gözdə işıq şüalarınn proyeksiyası sxemi (B).
Gözün müxtəlif məsafədə yerləşən əşyaları aydın görməyə uyğunlaşmasına akkomodasiya deyilir. Gözün akkomodasiyasını oyanan toxumanın akkomodasiyası ilə qarışdırmaq olmaz.
Akkomodasiya büllurun qabarıqlığının və buna müvafiq olaraq işığı sındırma qabiliyyətinin dəyişməsi nəticəsində baş verir. Yaxında olan əşyalara baxdıqda onun qabarıqlığı artır və şüalar bir nöqtədə toplanır.
Gözün akkomodasiya qabiliyyəti əsasən billurdan asılıdır. Billur, ona hər iki ucdan bağlanmış əzələ liflərinin yığılıb-boşalmaları sayəsində öz əyriliyini dəyişdirə bilir. Cavan adamlarda billurun işıqsındırma qüvvəsi 20 dioptriyadan 34 dioptriyaya qədər arta bilər. Bu halda billur daha qabarıq formada olur. Billurun akkomodasiya dərəcəsi sabit göstərici deyildir, o tez-tez dəyişilir.
402

Görmənin itiliyi-gözün əşyaları dəqiq görmə dərəcəsi il müəyyənləşir. Görünən obyekt nəzəri olaraq elə ölçüdə olmalıdır ki, ondan əks olunan işıq heç olmazsa tor qişada bir və ya bir neçə totoreseptoru qıcıqlandırmalıdır. Görmənin itiliyi binokulyar (iki gözlə) görmə və görünən əşyanın 3 ölçülü təsvirinin yaranması və görmə mərkəzlərində onun qiymətləndirilməsi nəticəsində təmin edilir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin