Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə216/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   212   213   214   215   216   217   218   219   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

405

Şəkil 8.18. Elektroretinoqramma (R.Qarnitə görə).
Yalnız kolbayabənzər hüceyrələrə qırmızı işıqla təsir edilərsə, ERQ-da s-dalğası qeyd edilir. ERQ dalğalarının torlu qişanın hansı törəməsində əmələ gəlməsi hələlik tam aydınlaşdırılmamışdır. Bunu müəyyən etmək üçün torlu qişanın ayrı-ayrı qatlarından mikroelektrod metodu ilə potensial qeyd olunmuş və müxtəlif nəticələr əldə edilmişdir. Bəzi tədqiqatçıların fikrincə, səciyyəvi ERQ dalğaları bipolyar hüceyrələrdə yaranır. Digərlərinin rəyinə görə elektroretinoqrammadakı a-dalğası fotoreseptorların xarici üzvücüklərinin, b-dalğası xarici nüvə qatının, s-dalğası isə piqmentli epitel hüceyrələrinin oyanmasından meydana çıxır. b-dalğasının amplitudu işıq verilərkən əmələ gəlir. Göz işığın təsirinə nə qədər çox məruz qalarsa, dalğasının amplitudası işıq qıcığının kəsilməsi anında daha yüksək olur.
Rəngli görmə. Əksər məməlilərdə rəngli görmə zəif inkişaf etmişdir. Primatlara doğru təkamül xəttində rəngli görmə ikincili görmə reaksiyaları kimi formalaşır və tor qişanın kolbacıq fotoreseptorlarında işığın nisbəti ən geniş spektrinin udulması ilə əlaqədardır.
İşığın rəngləri 3 əsas əlamətinə görə fərqlənirlər: rəngin tonu (çaları), intensivliyi və dolğunluğu. Hər bir rəng əlavə (komplementar) rəng çalarlarına malikdir, o ilkin rənglə tamam qarışanda ağ rəng duyğusu verir. Qara rəng duyğusu işıq olmayanda yaranır. Ağ rəngin və ya işıq spektri rənglərinin, yaxud əlavə rəng çalarlarının duyğusu qırmızı, yaşıl və mavi
406
rənglərin – ilkin (əsas) rənglərin müxtəlif yerdəyişmələri v tənasübləri sayəsində əmələ gəlir. Rəng qavrayışları görmə sahəsinə düşən obyektlərin rənglərindən də asılıdır. Məsələn, qırmızı rəngli obyekt zəif qırmızı rəngdə işıqlanarsa, onda ya zəif cəhrayı rəngdə, ya da ağ rəngdə görünəcəkdir.
İnsanda və digər ali məməlilərdə gözün tor qişası 3 tip müxtəlif kolbacıq fotoreseptorlar ilə təchiz olunmuşdur ki, onlardan hər birisi işıq spektrinin qırmızı, yaşıl və mavi dalğalarından yalnız birinə reaksiya verən görmə piqmenti saxlayır. İstənilən rəng duyğusu işığın bu ilkin rəngləri qəbul edən hər 3 tip fotoreseptorun olmasından asılıdır. Gözün rəngli görməni izah edən ilk nəzəriyyələrin əsasları hələ XIX əsrdə Tomas Yanq və Herman Helmholc tərəfindən irəli sürülmüşdür.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin