Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Görmənin mərkəzi mexanizmləri



Yüklə 31,99 Mb.
səhifə217/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   212   213   214   215   216   217   218   219   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

8.17. Görmənin mərkəzi mexanizmləri


Fotoreseptorların oyanması tor qişanın qanqlioz neyronlarının aksonlarında qradual sinir impulslarının generasiyası ilə nəticələnir. Bir gözün tor qışasının qanqlioz neyronlarını aksonları (sinir lifləri) bir yerdə bir gözün görmə siniri əmələ gətirir. İnsanda hər iki gözün görmə siniri təxminən 800 minə yaxın lifdən ibarətdir.
Hər iki gözdən başlanğıc olan görmə sinirləri əvvəlcə ayrı-ayrı sinirlər kimi baş beyinə doğru istiqamətlənirlər. Yolda onlar çarpaz (xizam) əmələ gətirir, daha sonra ilkin görmə mərkəzi olan xarici (lateral) dizcikli cismə girən sinir traktlarına ayrılırlar. Çarpazlaşma nəticəsində sol gözün burun tərəfdəki tor qişadan gələn sinir lifləri sağ gözün gicgah tərəfdəki tor qişa hissəsindən gələn sinir lifləri ilə birlikdə bir görmə traktı əmələ gətirir. Analoji olaraq sağ gözün burun tərəfdəki tor qişadan başlanan sinir lifləri sol gözün gicgah tərəfindəki tor qişadan başlanan sinir lifləri bir yerdə digər sinir traktı əmələ gətirir. Bu qayda ilə formalaşan görmə sinir traktları (lateral) dizcikli cismə daxil olur, görmə sinir liflərinin ucları xarici dizcikli cismin neyronları ilə sinaptik əlaqələrə girir, faktiki olaraq onlar burada qurtarırlar.
407
Amma görmə siqnalları xarici dizcikli cisim-mahmız sinir traktları görmə sinirlərinin davamı kimi baş-beyin yarmıkürələri qabığının görmə sahələrinə daxil olurlar. Bu zaman sağ və sol lateral diz-cikli cisimdən başlanan görmə sinir traktları müvafiq olaraq sağ və sol yarımkürələrinin mahmız qırışlarında yerləşən görmə sahələrinə doğru nəql olunur.
Görmə sinir traktları xarici dizcikli cismə daxil olmamışdan əvvəl və sonra görmə şüalılığı yaradır – onların şaxələri beynin strukturlarına daxil olur, görmə ilə əlaqədar olan bir sıra hərəkət aktları, davranış reaksiyaları, emosianal halları idarə edən somatovegetativ mərkəzlərini öz impulsları ilə təmin edirlər. Əksər sensor siqnallar kimi görmə siqnalları talamusdan – sensor impulslarının beyin kollektorundan keçir, onun vasitəsilə fəallaşdırılır və spesifik yollarla baş-beyin böyük yarım kürələri qabığının birincili və ikincili görmə sahələrinə proyeksiya edilir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin