Şəkil 8.19. İnsanda mərkəzi görmə yollarının sxemi.
409 Sütuncuqlar seriya və ya sıralar üzrə düzülürlər, onlar həm də eni 0,5 mm-ə çatan qarışıq zolaqlar əmələ gətirirlər. Xarici dizcikli cisim nüvələrindən görmə qabığına gələn görmə sinir lifləri əvvəlcə sadə neyronların sütuncuqlarında proyeksiya olunurlar, onlar eyni zamanda hər iki tip sütuncuqlara paralel proyeksiyalar verə bilərlər. Görmə qabığı neyronlarında görmə siqnallarının dəqiq analiz və sintezi proseslərinin neyrofizioloji və neyrokimyəvi əsasları hazırda geniş surətdə tədqiq edilir.
8.18. Göz refraksiyasının anomaliyaları
Bəbək qüzehli qişanın ortasında yerləşən dəlikdir. Buradan işıq şüaları keçib torlu qişada, əşyanın tərsinə xəyalının alınmasına səbəb olur. Gözdə şüa sındırmanın iki əsas anomaliyası (refraksiyası) vardır: yaxından görmə, başqa sözlə, miopiya və uzaqdan görmə – hipermetropiya. Bu anomaliyalar, bir qayda olaraq sındırıcı mühitin çağışmazlığından deyil, göz yuvasının dərinliyindən asılı olur (şəkil 8.20).
Şəkil 8.20. Gözün refraksiya sxemi. 1-uzaqdan görmə, 2-normal görmə, 3-yaxından görmə.
Yaxıngörmə. Əgər gözün boylama oxu bir qədər uzundursa,
410 onda xəyal torlu qişada deyil, onun önündə şüşəyəbənzər cisimd yerləşir. Belə göz yaxını görən – miopik göz adlanır.
Yaxını görən şəxs uzaqdakı əşyanı aydın görmək üçün gözünün önünə qabarıq şüşə qoymalıdır.
Uzaqgörmə. Uzaqgörmə – hipermetropiya yaxıngörmənin əksidir. Uzaq görmədə gözün boylama oxu qısa olur və ona görə də uzaqda yerləşən əşyalardan düşən paralel şüalar torlu qişanın arasında toplanır.
Uzaqgörən adamlarda aydıngörmənin ən yaxın nöqtəsi normaya nisbətən gözdən uzaqda durur. Odur ki, yaxındakı əşyaya baxarkən akkomodasiya qüvvəsi kifayət etmir. Məhz buna görə də uzağı görənlər oxumaq üçün şüasındırmasını gücləndirən ikiqat qabarıqlı eynəkdən istifadə edir.
8.19. Ağrı hissiyatı
Ağrı hissi (nosiseptiv hiss) bədəndə xarici və daxili reseptorlar bərk qıcıqlananda və ya həddən ziyadə fəallaşanda yaranır. Tez və yavaş baş verən ağrı hissləri əmələ gələ bilər. Eksperimental fiziologiyada və tibbdə bu ağrı növləri müxtəlif adlarla (kəskin ağrı, sancan ağrı, kəsən ağrı, elektrik ağrısı və s.) təsvir edilir. Bu növ ağrılar zamanı reseptor siqnallar mərkəzi sinir sisteminə nisbətən nazik hissi sinir lifləri (II qrup liflər) vasitəsilə, saniyədə 630 metr surətlə örtülür. Yavaş ağrı bir və ya bir neçə saniyə müddətində yaranır və bir neçə dəqiqə ərzində tədricən artır və yavaş yandırıcı ağrı, küt ağrı, xroniki ağrı və s. kimi təsvir edilir. Yavaş ağrı siqnalları beyinə nisbətən qalın sinir lifləri (I qrup liflər) vasitəsilə saniyədə 0,5-2 metr surətlə öütrülür.
Xarici və daxili mühitin bir sıra stimulları (işıq, səs, qoxu, təzyiq, toxunma, elektrik cərəyanı, temperatur qıcıqları) ağrı hissi oyada bilər. Kəskin ağrını daha çox mexaniki və temperatur qıcıqları yaradır, yavaş və ya küt ağrı istənilən qıcığın təsirindən yarana bilər. İnteroreseptorların bərk və nisbi bərk qıcıqlanmaları zamanı daxili orqanların müxtəlif dərəcəli ağrıları baş verir. Bəzi tədqiqatçılara görə insan və heyvanların visseral orqanlarında,
411 dəri qatlarında, oynaqlarda, arteriya damarlarının divarlarında xüsusi ağrı reseptorları (nosiseptiv reseptorlar) mövcuddur. Bu reseptorlar adətən hissi sinir liflərinin yüksək həssaslığa malik olan sərbəst ucları kimi təmsil olunmuşdur.