Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Şəkil 3.6. A.Kalium kanalında əmələ gələn membranın ikiqat lipid molekulları ilə əhatə olunmuş zülalın sxemi. Kanalın divarında dörd 46



Yüklə 31,99 Mb.
səhifə22/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 3.6. A.Kalium kanalında əmələ gələn membranın ikiqat lipid molekulları ilə əhatə olunmuş zülalın sxemi. Kanalın divarında dörd
46
mənfi yük qeyd edilmişdir. B. Şəkil A-da kanalın sxematik energetik profili göstərilmişdir. Ordinat oxu üzərində kanalı keçmək üçün kinetik enerjinin səviyyəsi; absis oxu üzərində membranın xarici və daxil səthi arasında məsafə verilmişdir. Energetik minimum müsbət yüklənmiş ionların kanalın divarında qeyd edilmiş mənfi yüklü ionlarla birləşdiyi yerə uyğun gəlir. Energetik maksimum kanalın diffuziyasına mane olan qüvvəyə uyğun gəlir. Belə hesab edirlər ki, kanal zülalın konformasiyası spontan ossilyasiya edir; energetik variantın profili bütöv və qırıq xətlərlə təsvir edilməsi bu ossilyasiya energetik baryeri orqanqaldırma zamanı ionların birləşməsini əhəmiyyətli dərəcədə asanlaşdırır (dəyişikliklə).
İonların diffuziya tarazlığı. Müxtəlif ionların membran kanalları ilə diffuziyası hüceyrədaxili və hüceyrəxarici mühitlər arasında qatılıqlar fərqinin aradan götürülməsinə gətirə bilər.
Ancaq cədvəl 3.1-dən göründüyü kimi belə fərq saxlanılır, deməli, diffuziya ilə membrandan daşınmanın digər növləri arasında tarazlıq mövcud olmalıdır. İonlar üçün diffuziya tarazlığına onların yükləri təsir edir. Yüklənməmiş molekulların diffuziyası qatılıqlarının dc fərqi ilə təmin edilir, qatılıq bərabərləşən kimi diffuziya dayanır. Yüklənmiş hissəciklərə əlavə olaraq elektrik sahəsi təsir edir. Məsələn, K+ ionu hüceyrədən öz qatılığının qradienti hesabına çıxan zaman özü ilə bir sərbəst yük aparır. Beləliklə, hüceyrədaxili mühit daha çox mənfi yüklənmiş olur, nəticədə membranda potensiallar fərqi yaranır. Hüceyrədaxili mənfi yük hüceyrədən yeni kalium ionlarının çıxmasına maneçilik edir, ancaq o ionlar ki, hüceyrədən xaric olacaqlar, bununla onlar membranda yükün daha da artmasına səbəb olurlar. K+ ionlarının axını o vaxt dayanır ki, elektrik sahəsinin təsiri qatılıqlar fərqi nəticəsində diffuziya təzyiqini əvəzləyə bilsin. Belə ki, ionların mövcud qatılıqlar fərqi üçün membranda tarazlıq potensialı Eion movcuddur ki, bunun sayəsində membrandan ionların axını dayanır. Tarazlıq potensialı Nernst bərabərliyinə əsasən asanlıqla təyin edilə bilər.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin