Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Şəkil 8.21. Ağrı hissinin nəqlolunma yolu (A) və antinoseptiv sistem (B). A



Yüklə 31,99 Mb.
səhifə220/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   212   213   214   215   216   217   218   219   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 8.21. Ağrı hissinin nəqlolunma yolu (A) və antinoseptiv sistem (B). A: 1-qabığın somatosensor hissəsinə, 2-talamus, 3intrallaminar nüvələr, 4-ventrabazal kompleks və arxa nüvə qrupu, 5-tez ağrı lifləri, 6-yavaş ağlı lifləri, 7-retikulyar formasiya, 8-ağrı yolları; B: 1-üçüncü mədəcik, 2-periventikulyar nüvələr, 3-su yolu yanı boz maddə, 4-orta beyin, 5-enkifalin neyronlar, 6-körpü, 7-böyük tikiş nüvəsi, 8-uzunsov beyin, 9Serotoninergik neyronlar, 10-ağrı lifləri, 11-enkifalin neyronlar, 12-peresinaptik ağrı ləngiməsi, 13-ventrolateral somatosensor trakt.
İnsan ağrının yerini, gücünü və müddəti təyin edə bilir, hətta ağrı hissi funksional sistemlərin aktivliyini yatıra bilər. Ağrı reaksiyaları çox fərdidir, ağrıya tab gətirmək, onu azaltmaq, yaxud dəf
412
etmək onurğa və baş beynin tormozlayıcı, analizəedici funksiyaları ilə əlaqədardır. Antinoseptiv reaksiyalar əvvəlcə onurğa beyninin arxa buynuzlarındakı hissi neyronlar səviyyəsində həyata keçir. Burada ağrı siqnalları baş-beyin şöbələrinə çatana qədər yatırıla bilər.

Şəkil 8.22. Ağrı siqnallarının nəqlolunma yolu (oxlar). P maddəsi hissi neyronun mərkəzi çıxıntılarından oyanmanı onurğa talamik traktın neyronuna ötürür. Enkofalin opioid reseptorların təsirilə aralıq neyron vasitəsilə P maddəsinin sekresiyasını və ağrı siqnallarının nəql olunmasını ləngidir. 1-ağrı reseptorundan, 2mərkəzi çıxıntı, 3-opioid reseptorlar, 4-P-maddəsi, 5-P-maddəsinin reseptoru, 6-hissi neyron, 7-arxa bağ, 8-enkefalin, 9-onurğatalamik neyron, 10-yan bağ, 11-ara neyron.
Daha sonra, ağrı impulsları uzunsov beyinlə Varol körpüsü arasındakı böyük tikiş nüvəsi, uzunsov beynin yan hissəsində yerləşən nəhəng hüceyrəli retikulyar formasiya nüvələri, silvi su yolu, III və IV beyin mədəcikləri əhatə edən boz maddə, orta beynin və körpünün yuxarı perpendikulyar sahəsi, talamus və qabığın sensomotor sahələri səviyyəsində yaradıla bilər. Beynin müəyyən sinaptik sahələrində azad olunan neyromediator
413
serotonin və neyropeptidlər, enkefalinlər, mərkəzi ağrısızlaşdırıcı sistemin neyrokimyəvi komponentləri kimi mühüm əhəmiyyət kəsb edir. Beynin ağrısızlaşdırıcı sisteminin müxtəlif vəsitələri morfinə, opiatlara və opaidlərə (B-endorfinlər, enkaefalinlər və s.) yüksək həssaslıq göstərirlər (şəkil 8.21, 8.22).
414

downloaded from KitabYurdu.org

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin