[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Vezikullarda daşınma. Hüceyrədə çoxlu miqdarda orqanoid və onlarla bağlı olan vezikullar vardır (şəkil 3.2). Vezikullar öz tərkibini digər orqanoidlər və ya plazmatik membrana ötürərək əsasən həmişə hərəkətdə olurlar. Vezikullar həmçinin hüceyrə membranında, endositozda olduğu kimi orqanoidlərdə miqrasiya edə bilirlər.
Zülalın sekresiyası prosesi şəkil 1.12, A-da göstərilib. Zülal nüvə yaxınlığında ribosomlarda sintez olunur. Endoplazmatik retikuluma düşmüş zülal bundan ayrılan və Holci aparatına miqrasiya olunan nəqliyyat vezikuluna yığılır. Burada onlar Holci aparatının sisternalarına (çənlərinə) tökülürlər və burada zülal modifikasiya olunur və qlikoproteinlərə çevrilirlər. Sisternaların uclarında vezikullar yenidən yaranır. Modifikator zülal daşıyan sekretor vezikullar plazmatik membrana aparılırlar və tərkiblərini ekzositoz yolu ilə xaric edirlər. Hüceyrədə nəqliyyat yolunun digər nümunələri şəkil 3.13,B-də verilib; bu hüceyrə tərəfindən xolesterolun udulmasıdır. Qanla daşınan xolesterol əsasən aşağı sıxlıqlı lipoprotein (ASL) hissəcikləri ilə birləşmiş olur. Bu cür hissəciklər membranın ASL-in reseptorlarını saxlayan spesifik sahəsilə birləşirlər. Burada endositoz baş verir və ASL «haşiyələnmiş» vezikullarda hüceyrədaxilinə daşınır. Bu vezikullar endosomlar əmələ gətirməklə qarışırlar və bu prosesin gedişində «haşiyələnmə» itir.
Endosomlar öz növbəsində tərkibində hidrolitik fermentlər saxlayan ilkin lizosomlarla birləşirlər və ikincili daha iri lizosomlar əmələ gətirirlər. Onlarda xolesterol ASL
61 hissəciklərindən azad olur və sitozola diffuziya edirək, orada lipid membranın sintezi üçün əlverişli olur. Endosomlardan həmçinin ASL saxlamayan vezikullar ayrılır, xüsusi yolla plazmatik membrana hərəkət edir və onunla birləşir. ASL hissəciklərinin membranla birləşməsi anından xolesterolun ikincili lizosomlardan ayrılmasınadək 10-15 saniyə keçir. ASLin birləşməsində və udulmasında pozğunluq, yəni hüceyrənin xolesterolla təchiz olunmasında olan pozğunluq ciddi və geniş yayılmış xəstəlik olan aterosklerozun (arteriyaların bərkiməsi) inkişafında həlledici rol oynayır.
Şəkil 3.12 və 3.13, A-da göstərilənlərə uyğun olan digər çoxlu nəqliyyat yolları var ki, bunların köməyi ilə hüceyrədə spesifik vezikullar hərəkət edir. Onların necə yerdəyişməsi məlum deyil, ancaq, güman ki, bu prosesə sitoskeletin elementləri cəlb olunur. Vezikullar mikroborucuqlarla sürüşüb çıxa bilirlər. Bu halda hərəkət üçün enerji çox güman ki, vezikullarla bağlı, zülalla ATP-aza ilə təmin olunur. Müxtəlif vezikul çoxluğunun bütün istiqamətlər üzrə biri digərinin ardınca hərəkət edərək təyinat üzrə yerləşməsi məsələsi hələlik aydın deyildir.