Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


I FƏSİL İNSAN VƏ HEYVAN FİZİOLOGİYASINA GİRİŞ



Yüklə 31,99 Mb.
səhifə3/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Müəlliflərdən
3

I FƏSİL



İNSAN VƏ HEYVAN FİZİOLOGİYASINA GİRİŞ


İnsan və heyvan fiziologiyası bioloji elmlərin bölmələrindən biridir və digər bioloji elmlər kimi canlı təbiət aləminin dinamikasını öyrənir. Fiziologiya yunan dilində hərfi tərcümədə fizio – təbiət, loqos – elm deməkdir.
Fiziologiya – canlı orqanizmin və onu təşkil edən orqan, hüceyrə və molekulların funksiyalarının dinamik öyrənilməsi haqqında elmdir. Bu elm daima tibb elmi ilə yanaşı, inkişaf etmişdir. Əsrlər boyu, elə indi də insan fiziologiyası (tibbi fiziologiya) məqsəd və vəzifələri, hər şeydən əvvəl, insanların və heyvanların sağlamlığını öyrənməyə yönəlmişdir. O, orqanizmin quruluşunu öyrənən anatomiya elminə əsaslanır və öz tarixi mənşəyini anatomiya elmindən götürür. Bizim yüzillikdə biokimya elminin (fizioloji kimya) fiziologiyadan ayrılıb müstəqil bir elm kimi fəaliyyət göstərməsinə zəmin yaratmışdır. Məsələn, fiziologiya elmi canlı orqanizmin onu əhatə edən xarici mühitlə mübadilə prosesində əlaqəsini təmin edən fizioloji prosesləri öyrənməklə yanaşı, orqanizmin xarici təsirlərə cavab reaksiyalarını və öz növbəsində orqanizmin özünün də xarici mühitə təsir yollarını öyrənir.
Beləliklə, fiziologiya orqanizmin funksional prosesləri və fəaliyyəti arasında qarşılıqlı əlaqəni bir bütöv – tam kimi öyrənir.
Fiziologiyanın son məqsədi funksiyanın mexanizmini elə dərindən dərk etməkdir ki, bu ona funksiyaya istənilən istiqamətdə fəal təsir etməyi təmin edə bilsin.
Tibb elminin nəzəri əsasını təşkil edən fiziologiya klinik təbabətin inkişafında əsas rol oynayır.

1.1.Fiziologiyanın tədqiqat obyekti


4
İnsan və heyvan fiziologiyası canlı orqanizmin dəyişkən həyat şəraitinə uyğunlaşması, hüceyrələrin, toxumaların, orqanların və sistemlərin funksional mexanizmləri haqqında elmdir. İnsan və heyvan orqanizminin varlığını təmin edən fizioloji proseslər qıcıqlanma, oyanma, maddələr və enerji mübadiləsi, sinir və psixi proseslər fiziologiyanın tədqiqat obyekti hesab olunur.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin