Mikroborucuqlar. Mikroborucuqlar da həmçinin oxşar yerdəyişmələrə məruz qalırlar. Bu yerdəyişmənin mexanizmləri uyğundur – sitozoldan tubulinin polimerləşməsi elə baş verir ki, bu vaxt mikroborucuqların bir ucu böyüyür, digər ucu ya dəyişmir, ya da orada dağılma baş verir. Beləliklə, mikroborucuq müvafiq olaraq materialın əlavə edilməsi və ya çıxarılması yolu ilə sitozolda yer dəyişə bilər.
Sitoskeletin fəal hərəkəti. Sitoskelet quruluşlarının dəyişməsi həm fəal hərəkətlər nəticəsində həm də, yuxarıda əks olunan yenidənqurma nəticəsində baş verə bilər.
Bir çox hallarda mikroborucuqların və fəal filamentlərin hərəkəti filamentləri və ya borucuqları əlaqələndirən və onların bir-birinə nisbətən yerini dəyişə bilən yığıcı zülallarla şərtlənir. Miozin və dinein zülalları bütün hüceyrələrin sitozolunda nisbətən yüksək miqdarda olur; onlar o elementlərdir ki, ixtisaslaşmış hüceyrələrdə (əzələ) və orqanoidlərdə (kipricik) kimyəvi enerjini hərəkətə çevirirlər. Əzələ hüceyrələrində miozin aktin filamentlərinə paralel istiqamətlənmiş yoğun filamentlər yaradır. Miozin molekulu öz başcığı ilə aktin filamentinə ATP enerjisindən istifadə etməklə birləşir. Sonra miozin aktindən ayrılır. Bu cür tsikillərin cəmi (birləşmə və ayrılma) əzələ liflərinin makroskopik yığılmasına gətirir. Dinein kipriciklərin işi zamanı mikroborucuqların yer dəyişməsində analoji rol oynayır (şəkil 3.2). İxtisaslaşmamış hüceyrələrin sitoplazmasında miozin və dinein müntəzəm olmayan liflər
64 yaradır. Çox hallarda isə kiçik molekul qrupları yaradır. Hətta bu cür kiçik aqreqat halında onlar aktin filamentlərinin və ya mikroborucuqlarının yerini dəyişə bilərlər. Şəkil 3.14-də müxtəlif istiqamətlərdə polyarizə olunmuş 2 aktin filamentinə ona əks polyarizə olunmuş miozin molekulunun birləşməsi prosesi əks olunub. Miozinin başcıq qrupları ATP enerjisini sərf etməklə molekulun quyruğuna əyilirlər, 2 aktin filamenti isə əks istiqamətdə qarışırlar hansı ki, bundan sonra miozin onlardan ayrılır. ATP enerjisinin mexaniki işə çevrilməsilə olan bu cür yerdəyişmə sitoskeletin formasını dəyişə bilər, uyğun olaraq hüceyrənin və həmçinin orqanoidlərin sitoskeleti ilə bağlı olan nəqliyyatı da təmin edir.
Şəkil 3.14. Qeyri-əzələ miozin kompleksi müəyyən orientasiyada müxtəlif polyarlıqlı aktin flamentləri ilə birləşə bilər və ATP enerjisindən istifadə etməklə onları bir-birinə nisbətən qarışdıra bilər.