Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə32/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Aksonla daşınma. Hüceyrədaxili nəqliyyat proseslərini sinir hüceyrəsinin aksonlarında daha aydın müşahidə etmək
65
olar. Akson nəqliyyatı burada daha ətraflı öyrənilib. Aksonun diametri bir neçə mikrondur, uzunluğu bir metr və daha çox ola bilər. Diffuziya yolu ilə zülalların nüvədən aksonun distal ucuna qədər hərəkəti illər tələb edərdi. Çoxdan məlumdur ki, aksonun hər hansı bir sahəsi konstruksiyaya məruz qalarsa, proksimal yerləşən aksonun bir hissəsi genişlənir. Bu onu göstərir ki, sanki aksonda mərkəzdənqaçan axın blokada olunub. Bu cür axın – cəld akson nəqliyyatı – şəkil 3.15-də göstərilən eksperimentdəki kimi radioaktiv markerlərin (nişanların) hərəkəti ilə nümayiş etdirilə bilər. Radioaktiv nişanla nişanlanmış leysini dorsal kökünün düyününə yeridirlər, sonra neyron cisimlərindən 166 mm aralıda 2-ci saatdan 10-cu saata qədər oturaq sinirində radioaktivliyi ölçurlər. 10 saat ərzində inyeksiya yerində radioaktivlik çox dəyişilir, ancaq radioaktivlik dalğası akson boyunca təxminən 2 saatda 34 mm və ya 410 mm sut.-1 sürətlə yayılır. Homoterm heyvanların bütün neyronlarında cəld akson nəqliyyatı elə bu sürətlə olur. Bununla belə, nazik mielensiz liflərlə və bir qədər yoğun aksonlarla həmçinin, motor və sensor liflər arasında hiss olunacaq dərəcədə fərq müşahidə edilmir. Radioaktiv markerin tipi də cəld akson nəqliyyatı sürətinə təsir etmir. Markerlər kimi müxtəlif radioaktiv molekullar çıxış edə bilər (neyron cisminin zülallarına daxil olan müxtəlif amin turşuları). Əgər sinirə radioaktivliyi nəql edən daşıyıcıların təbiətini bilmək üçün sinirin periferik hissələrini analiz etsək, onda bu cür daşıyıcılar əsas etibarilə zülal fraksiyasında həmçinin mediatorlar və sərbəst amin turşusu tərkibində tapılır. Bu maddələrin xassələrini və xüsusilə molekulların ölçülərinin müxtəlif olmasını bilərək nəqliyyatın sabit sürətini biz yalnız bütün onlar üçün ümumi olan nəqliyyat mexanizmi ilə izah edə bilərik.
Yuxarıda izahı verilən cəld akson nəqliyyatı anteroqraddır, yəni hüceyrə cismindən istiqamətlənib. Bir sıra maddələr periferiyadan hüceyrə üzərinə retroqrad nəqliyyatın köməyilə hərəkət edir, məsələn, asetilxolinesteraza bu istiqamətdə cəld akson
66
nəqliyyatından 2 dəfə az sürətlə hərəkət edir. Neyro anotomiyada çox vaxt istifadə olunan marker qatıqotu peroksidazasıdır – həmçinin o retroqrad nəqliyyat ilə yer dəyişir. Retroqrad nəqliyyat ehtimal ki, hüceyrə cismində zülal tsiklinin tənzimlənməsində vacib rol oynayır. Aksonun kəsilməsindən bir neçə gün sonra hüceyrə cismində promotoliz müşahidə olunur ki, bu


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin