[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Hormon və antigenlər. Qanla orqanizmin bütün hüceyrələrinə daşınırlar. Antigenlər spesifik antitellər daşıyan hüceyrənin immun cavabını yaradır. Ancaq bir qayda olaraq, antigenlər reaksiya verən orqanizmlərdə əmələ gəlməyən yad cinsli maddələr olurlar. Bəzi hormonlar, məsələn, insulin, tiroksin çox müxtəlif tiplərə aid olan hüceyrələrə təsir edir. Digərləri isə məsələn, cinsi hormonlar ancaq müəyyən tip hüceyrələrə təsir edir. Hormonlar – ya hüceyrə membranında reseptorla birləşməklə təsirləri işə salınan peptitdirlər, ya da lipid membranından diffuziya edərək hüceyrədaxili reseptorlarla birləşən steroidlər və tiroksindir. Steroid hormonlar nüvələrin xromotini ilə birləşdikdən sonra, nəticədə müəyyən genlərin transkripsiyası işə salınır. Sintez olunan zülallar hüceyrə funksiyalarının
71 dəyişməsinə səbəb olur. Hormonların spesifik təsiri məhz bununla izah olunur.
İkinci vasitəçilərin iştirakı ilə hüceyrədaxili əlaqə (kommunikasiya). Yuxarıda göstərilən tənzimləyici funksiyalar hüceyrə membranına təsir edir. Hüceyrə membranı tərəfindən alınan məlumat çox vaxt orqanoidlərin reaksiyasına səbəb olmalıdır və bu onlara 2-ci vasitəçilər kimi (xarici mənbələrdən hüceyrəyə daxil olan 1-ci vasitələrdən fərqli olaraq) tanınan müxtəlif maddələrlə daşınır. Burada biz 3 yaxşı öyrənilmiş vasitəçilərə toxunacağıq: Ca2+, tsAMP və inozitoltrifosfat.
Kalsium. Sadə, hüceyrədaxili vasitəçi Ca2+ ionudur. Onun hüceyrədə sərbəst qatılığı çox aşağıdır (10-8-10-7 mol⋅l-1-dir). O hüceyrəyə spesifik membran kanalları ilə keçə bilər (kanallar açıq vəziyyətdə olan zaman), məsələn, membran potensialı dəyişən zaman. Ca2+-un qatılığının artması nəticəsində hüceyrədə vacib reaksiyalar əzələ yığılmasının əsasını təşkil edən miofibril yığılması və ya sinir uclarında mediator saxlayan vezikulların ifrazı kimi reaksiyalar işə salınır. Hər iki reaksiya Ca2+-un 10-5 mol•l-1-ə bərabər olan qatılığını tələb edir. Tənzimləyici təsir edən Ca2+-un həmçinin hüceyrədaxili depolardan da (endoplazmatik retikulumdan) azad ola bilər. Ca2+-un depolardan azad olması digər vasitəçilərin iştirakını tələb edir (şəkil 3.17-yə bax).