Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə37/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

İnositolfosfat «İP3» 2-ci əlaqələndirici - ionsitolfosfın hüceyrədaxili sistemi bu yaxınlarda tam öyrənilmişdir (şəkil 3.17). Bu halda ingibirləşdirici vasitə yoxdur, lakin tsAMP sistemi ilə uyğunluq var, hansı ki, R reseptorunun stimulyasiya effekti membranın daxili səthindəki QTP aktivləşdirici G-zülalına ötürülür. Növbəti mərhələdə adi membran lipid fosfatidilinozitol (Pİ) 2 əlavə fosfat qruplarını birləşdirərək Pİdifosfata (PİP2) çevrilir, hansı ki, aktivləşmiş fosfodiesteraza ilə inositoltrifosfata (İP3) və diasilqliserol lipidinə (DAQ)
74
parçalanır. İP3 – bu suda həll olan, sitozola diffuziya edən 2-ci vasitəçidir. O, ilk növbədə Ca2+-un endoplazmatik şəbəkədən azad olması yolu ilə təsir edir. Ca2+ öz növbəsində yuxarıda deyildiyi kimi, vasitəçi kimi təsir edir; məsələn, o, Ca2+ -asılı fosfokinazanı fosforlaşdıran fermentləri aktivləşdirir. Lipid subvahidi DAQ-da (şəkil 3.17) plazmatik membranın lipid fazasına onun daxili səthində yerləşən C-kinazanı diffuziya edərək siqnalı ötürür, C-kinaza kofaktor kimi çıxış edən fosfatidilserinin köməyilə aktivləşir. Sonra C-kinaza zülalların fosforlaşmasını işə salmaqla, onları aktiv formaya keçirir.

Şəkil 3.17. Hüceyrədaxili vasitəçi İP3-in iştirakı ilə reaksiya zənciri. tsAMP sistemində olduğu kimi hüceyrəxarici siqnal Gzülalına ötürülür və o, fosfodiesterazanı (PDE) aktivləşdirir. Bu ferment fosfotidilinoindifosfatı (PİP2) plazmatik membranda İF3 və DAQ-a qədər parçalayır; İP3 sitoplazmaya diffuziya edir. Burada o, endoplazmatik retikulumdan Ca2+ çıxarılmasına gətirir.
75
Sitoplazmada Ca2+ qatılığının artması ([Ca2+]i) proteinkinazanı aktivləşdirir, hansı ki, fermentləri fosforlaşdırır və aktivləşdirir. Digər məhsul, DAQ membranda qalır və proteinkinaza C-i (fosofotiqliserin – PS kofaktoru) aktivləşdirir. Proteinkinaza C də xarici R reseptorunun tənzimlənməsi ilə bağlı spesifik təsir göstərən fermentləri fosforlaşdırır. İP3 və DAQ-ın iştirakı ilə reaksiya zəncirinin budaqları asılı olmadan ionomesin və forbol efiri ilə aktivləşə bilər.
2-ci vasitəçi İP3-ün hüceyrədaxili sistemi xarici mediator və hormonlar çoxluğu ilə, o, cümlədən asetilxolinlə, serotoninlə, vazopressinlə və tireotrop hormonla idarə oluna bilər; tsAMP sistemi kimi o, müxtəlif hüceyrədaxili effektlə xarakterizə olunur. Ehtimal ki, bu sistem gözün görmə reseptorunda işıqla da aktivləşir və fototransiduksiyada mərkəzi rol oynayır.
Orqanizmin fərdi inkişafında İP3 reseptor sistemi ilk dəfə sperma ilə aktivləşir, bunun nəticəsidir ki, İP3 yumurta hüceyrəsinin mayalanması ilə müşayiət olunan tənzimləyici reaksiyalarda iştirak edir.
tsAMP və İF3-DAQ sistemləri yüksək effektli bioloji gücləndiricilərdir. Onlar hüceyrədaxili zülalların çoxluqlarının fosforlaşması üçün mediator ilə xarici membran reseptorları arasında reaksiya yaradır, sonra onlar hüceyrənin müxtəlif funksiyalarına təsir edirlər.
Bu cür tənzimləyici sistemlər (tsAMP və İP3-DAQ), o cümlədən Ca2+ bir-birilə sıx qarşılıqlı əlaqədədirlər, bu da hüceyrə funksiyalarının incə şəkildə tənzimlənməsini həyata keçirməyə imkan verir.
76

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin