Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Pflügerin təqəllüs qanunu



Yüklə 31,99 Mb.
səhifə51/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Pflügerin təqəllüs qanunu


99
Bildiymiz kimi orta qüvvəli daimi cərəyan ilə toxumaları qıcıqlandırdıqda oyanma yalnız dövrəni bağlayan və ya açan an əmələ gəlir. Cərəyanın qüvvəsini dəyişdirdikdə oyanmanın əmələ gəlməsi bu qanuna tabe olmur. Pflüqer müəyyən etmişdir ki, sabit cərəyan toxumaya təsir etdikdə toxumanın verdiyi cavab cərəyanın qüvvəsindən, istiqamətindən və verilmə anlarından asılıdır. Burada cərəyanın qüvvəsi indeferent sahənin mövqeyini, cərəyanın istiqaməti qütblərin yerini, indeferent sahə isə katelektrotonla, anelektrotonun dərinliyini müəyyən edir. Pflügerin təqəllüs qanunu, qütblər və fizioloji elektroton qanunları ilə izah edilir. Cərəyanın verilmə anı oyanmanın qütb qanunu və fizioloji elektrotonu xarakterizə edir. Bu xüsusiyyətləri nəzərə alaraq E.Pflüger əzələnin təqəllüs qanunauyğunluqlarının formulu vermişdir (şəkil 4.10).
Normal əzələdə təqəllüsün əmələ gəlməsi 3 şərtdən asılıdır: 1 – cərəyanın qüvvəsindən, 2 – cərəyanın istiqamətindən, 3 – cərəyanın verilmə anından. Cərəyanın qüvvəsi (zəif və orta qüvvəli) cərəyanın istiqaməti (enən, qalxan) olur.
Zəif cərəyanda katelektroton, anelektrotondan qüvvəli olur. Orta cərəyanda katelektroton anelektrotona bərabər olur. Qüvvəli cərəyanda anelektroton katelektratondan qüvvəli olur.
Zəif cərəyanda cərəyanın istiqamətindən asılı olmayaraq dövrə bağlanan anlarda təqəllüs var, açılan anlarda isə yoxdur.
Orta cərəyanda cərəyanın istiqamətindən asılı olmayaraq hər iki anda təqəllüs var. Qüvvəli cərəyanda enən istiqamətdə dövrə bağlanan anda təqəllüs var, açılan anda yoxdur. Qalxan istiqamətdində isə dövrə bağlanan an təqəllüs yoxdur, açılan anda var.

Cərəyanın qüvvəsi

Enən istiqamət

Qalxan istiqamət

Bağ.

Açı.

Bağ.

Açı.

Zəif cərəyan

+



+



Orta cərəyan

+

+

+

+

Qüvvəli cərəyan

+





+

100
Zəif cərəyan ilə enən istiqamətdə dövrəni bağlayan anda katod mühitində əmələ gələn oyanma qabiliyyəti, oyanma xəttini keçdiyi üçün təqəllüs alınır. Dövrəni açan anda anod mühitində əmələ gələn oyanma qabiliyyəti oyanma xəttinə çatmır və təqəllüs əmələ gətirmir.


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin