Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə56/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Əzələ lifi (ə.l.). Skelet əzələlərinin bir çoxu vətərlə (şəkil 5.2, B) başlayıb və onunla qurtarır. Skelet əzələ lifləri bir-birinə paralell yerləşirlər. Skelet əzələ lifinin uzunluğu 40 mm, diametri 10-80 mkm olan silindrə bənzəyir. Lifin qlafı (sarkolemma) iki struktura aid edilir – əzələ lifinin plazmatik membranı və onu əhatə edən bazal membran (şəkil 5.3).
106
Əzələ lifinin sarkoplazmasında (mioplazma, sitoplazma) miofibrillərdən və sarkoplazmatik retikuldan başqa energetik stansiyalar, mitoxondrilər və qlikogen dənələri yerləşir.
Təqəllüs funksiyasını yerinə yetirən ekstrafuzal əzələ lifləri α motoneyronlarla, hissi funksiya yerinə yetirən intrafuzal əzələ lifləri isə γ motoneyronlarla innervasiya olur.
Ekstrafuzal əzələ lifi öz növbəsində fazalıtonik liflərə bölünür. Fazalı liflər ritmiki təqəllüsə, tonik liflər isə – statistik gərginliyin saxlanmasına səbəb olur.

Şəkil 5.1. Miofibrilin tərkibində nazik və qalın liflər [ ]. A. Nazik liffibrilyar aktinin (F-aktin) 2 spiralvari burulmuş sapları. Spiral zəncirciyinin kanalından tropomiozinin 2 qat spiralı uzanır, hansının ki, boyu uzunu tropinin 3 növ molekulu yerləşir. B. Qalın lif. Miozin molekulları özü yığılma qabiliyyətinə malikdir və 15 mm diametrli və 1,5 mkm uzunluqlu milə bənzər aqreqat formalaşdırırlar. Molekulun fibrilyar quyruqları qalın liflərin özəyini əmələ gətirir. Miozinin başcıqları spirallarda yerləşib qalın
107
liflərin üstünə çıxırlar. V. Miozin molekulu. Yüngül meromiozin miozin molekullarının aqreqasiyasını təmin edir. Ağır meromiozin birləşdirici aktin sahələrə malikdirlər və ATF-aza aktivliyinə qadirdirlər.
İnsanın iradi əzələləri praktiki olaraq stimulyasiyaya tez yığılmaqla cavab verən fazalı əzələ liflərindən ibarətdir.
Miofibrillər. Miofibril və sarkomerlərin quruluşu: sxematik olaraq şəkil 5.2-də göstərilmişdir.

Şəkil 5.2, A. İnsanın skelet əzələ lifinin hissəsinin sxemi.
İşıq mikroskopunun köməkliyilə onda (şəkildə) bir-birinin dalınca gələn tünd və açıq zolaqları görmək olar. Xaksli və Xanson nəzəriyyəsinə görə, miofibrildə belə eninəzolaqların əmələ gəlməsi aktin və miozin filamentlərin xüsusi qarşılıqlı düzülüşünə əsaslanır. Hər miofibrill – 1,5 min qalın və 3 minə yaxın nazik liflərdən ibarətdir. Eninəzolaqlı əzələ lifi miofibrillərin müntəzəm növbələşən işığı bir qat sındıran açıq-izotrop (I) və tünd-anizotop (A) disklər və dairələrindən ibarətdir (şəkil 5.2, A,B).

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin