Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə62/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 5.6. Fəaliyyət potensialının müvəqqəti hərəkəti və eninəzolaqlı əzələnin izometrik təqəllüsü.
Sadə üsulla əzələnin təqəllüsünün mioqrammasını qeyd etmək və təqəllüsə səbəb olan qıcıq qüvvəsini təyin etmək üçün qurbağa bədənində sinir əzələ preparatı hazırlanır, mioqrafdan asılaraq qeydedici lingə birləşdirilir və kimoqrafın üzərində olan kağıza toxundurulur. Qıcıgın təsiri altında əzələ lifinin uzunluğu və ya gərginliyinin dəyişməsinə təqəllüs deyilir. Əgər qıcıq təsiri altında əzələnin uzunluğu dəyişib gərginliyi dəyişmirsə, belə təqəllüsə
118
izotonik təqəllüs deyilir, çünki əzələ qısalır. Gərginlik daima verilən yükün təsiri altında dəyişməz qalır. Əksinə, uzunluğu dəyişməyib, gərginliyi dəyişilirsə, belə təqəllüsə izometrik təqəllüs deyilir. Çünki əzələnin gücü yükünə üstün gəlmək üçün kifayət etmir. Məsələn, əzələ yük qaldırdıqda onun uzunluğu dəyişdiyi halda gərginliyi dəyişmir. Lakin statik iş zamanı izometrik təqəllüs müşahidə olunur. Orqanizmdə təmiz halda izotonik və ya izometrik təqəllüs müşahidə edilmir.
Əgər elektrodları əzələnin üzərinə toxundurub, qıcıq verilməklə təqəllüs əmələ gətirilirsə, vasitəsiz qıcıqlanma, həmin əzələni innervasiya edən sinirin üzərinə toxundurub qıcıq verməklə törədilən qıcığa vasitəli qıcıqlandırma deyilir.
Əzələ təqəllüsünü yazan bu üsul sadə olub, mürəkkəb avadanlıqlar tələb etmir (şəkil 5.7). Lakin alınan məlumat dəqiq olmur. Bu çatışmazlığı aradan qaldırmaq üçün mexaniki dəyişikliyi elektrik cərəyanına çevirən xüsusi cihazlardan məsələn, ossilloqrafdan istifadə edilir. İşıq şüasının köməyilə fotokimoqraf üzərində aparılan optik qeyd daha dəqiq üsuldur
(şəkil 5.8).

Şəkil 5.7. Əzələnin izotonik qeydi üçün mioqrafiya üsulu. M-əzələ; a-qeydedici link; B-sıxıcı; E-qıcıqlandırıcı elektrodlar; V-yük.
119
Əzələyə vasitəsiz və ya vasitəli yolla tək bir qıcıq verdikdə əzələ bir dəfə yığılıb-boşalır. Buna əzələnin tək təqəllüsü deyilir. Tək təqəllüsün əyrisi kimoqraf üzərində qeyd olunur. Bu da mioqramma adlanır. Hər mioqrammada üç dövr latent və ya gizli dövr, yığılma və boşalma dövrləri ayırd edilir (şəkil 5.8).
Latent dövr qıcığın verildiyi andan əzələnin yığılmasına qədər keçən dövrü əhatə edir. Əyridə qalxan qol əzələnin yığılması, enən qol isə boşalmasına uyğun gəlir. Əzələ təqəllüsünün adi mioqrafiyası zamanı latent dövr 0,01 san, yığılma dövrü 0,05 san və boşalma dövrü 0,04-0,05 san-yə bərabər olur. Daha təkmilləşmiş üsulda təqəllüsün optik qeydi zamanı latent dövr qısa, 0,0025 san-yə çatır.
Əzələnin təqəllüsünə səbəb olan qıcıq qüvvəsini təyin etmək üçün sinir-əzələ preparatı hazırlanıb mioqrafa bərkidilir. Tənzimləyici dəstəyi hərəkət etdirməklə cərəyanın qüvvəsini tədricən artırıb elə həddə çatdırmaq olar ki, bu zaman əzələnin ilk və ən minimum təqəllüsü baş versin. Belə qıcıq qüvvəsi qıcıq qapısı adını almışdır. Qıcığın qüvvəsini artırmaqla əzələnin maksimum dərəcədə yığılmasını almaq olar. Bu qıcıq qüvvəsi optimum qıcıq qüvvəsi adlanır. Əzələnin maksimum təqəllüsünü belə izah etmək olar. Qıcığın qüvvəsi nə qədər çox olarsa, bir o qədər çox lif oyanır. Maksimal təqəllüsdə əzələnin bütün lifləri yığılır.


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin