Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Saya əzələnin işinin idarə olunması



Yüklə 31,99 Mb.
səhifə77/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Saya əzələnin işinin idarə olunması. Saya əzələnin idarə olunması da ona ikili şəkildə olan təsirin göstərilməsinə (möhkəmləndirici və ya zəiflədici) əsaslanmışdır. Məhz buna görə də skeletin hər bir eninə zolaqlı əzələsindən onun yığılmasına təkan verən bir sinir keçdiyi halda, daxili orqanların saya əzələlərinə yığılmanı və zəiflədilməni əmələ gətirən iki sinir daxil olur. Vegetativ sinir sisteminin simpatik və porasimpatik sinirləri ikili şəkildə olan antoqonistik innervasiyanı həyata keçirirlər. Məsələn, mədə, bağırsaq, bronx və sidik kisəsinin divarlarının əzələlərinin yığılması parasimpotik sinirlər vasitəsilə güclənir, simpotik sinirlər vasitəsilə isə zəiflədilir. Qan damarları, uşaqlıq borusu, sidik kisəsinin dəri və sfinkterinə isə simpotik sinirlər əks təsir göstərərək, onların yığılmasını gücləndirirlər. Saya əzələli orqanlar həm sinir idarəetməsinin, həm də humoral tənzimləyicilərin təsirinə məruz qalırlar. Məsələn, adrenalin damarların əzələsinin yığılmasına, mədə və bağırsaq əzələsinin zəifləməsinə səbəb olur.
Elektromexaniki yığılma. Saya əzələ hüceyrəsinin oyanması ya hüceyrə membranın cərəyandan asılı kalsium kanallarından Ca2+ daxil olmasının çoxalmasına ya da hüceyrədaxili «ikinci vasitəçinin» inozitolfosfatın təsiri ilə Ca2+ sarkoplazmatik retikulumdan xaric olmasına səbəb olur. Hər iki halda sarkoplazmada Ca2+ qatılığının artmasına və deməli, yığıcı ürək və skelet əzələsində olduğu kimi, saya əzələlərdə də həmişə Ca2+ hüceyrədaxili qatılılığı 10-7 M aşağı olduqda boşalır. Lakin onların boşalması həddindən artıq tədricən baş verir, ona görə ki, Ca2+ ionlarının hüceyrə membranından xaric olması və sarkoplazmatik retikulum tərəfindən udulma sürəti burda zəifdir.

5.8. Əzələnin yorulması


Yorulma – fiziki və zehni əmək növlərindən birinin təsiri nəticəsində yaranan oyanmanın (fəaliyyət potensialının) MSS-nə
145
uzunmüddətli ritmik təsiri nəticəsində əvvəlcə mionevral sinapsın, sonra MSS-nin, nəhayət, əzələnin iş qabiliyyətinin müvəqqəti azalmasına deyilir. Yorulma fəaliyyətdə olan orqanın funksiyasının müvəqqəti aşağı enməsi deməkdir. Bu az və ya çox davam edən istirahətdən sonra aradan qalxır. Əzələyə daxil olan sinir uclarının – mionerval sinapsların yorulmasını müşahidə etmək üçün əzələni curare zəhərilə zəhərləyib vasitəsiz qıcıqlandırmaq lazımdır. Əzələnin yolurlmasını müşahidə etmək üçün qurbağa bədənindən sinir-əzələ preparatı hazırlanır və miofrafa birləşdirilərək tərəzi gözündən yük asılır. Ritmik şəkildə verilən qıcıqların qıcıq qüvvəsindən, tezliyindən və müddətindən asılı olaraq təqəllüsün latent dövrü uzanır, amplitudası tədricən azalır və nəhayət itir. Bunu tam qurbağadan hazırlanan preparatın üzərində müşahidə etmək olar. Qıcığın tezliyi çoxaldıqca yorulma daha tez əmələ gəlir (şəkil 5.17).


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin