Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi
Meduzalarda kimyəvi, mexaniki, temperatur və hətta işıq qıcıqlarını qəbul edən reseptor ünsürlər inkişaf etmişdir. Meduzların sinir lifində sinir impulslarının yayılma sürəti təxminən 0,19 m/san çatır. Təkamülün sonrakı mərhələlərində bağırsaqboşluqlularla müqayisədə daha mürəkkəb – su, quru və hava mühitində yaşamağa uyğunlaşmış, onurğasız heyvanlarda (qurdlar, molyusklar, xərçəngkimilər, cücülər və s.) düyünlü və ya qanqlionar sinir sistemi inkişaf etmişdir. Beləliklə, bu sinir sisteminin bir sıra mühüm xüsusiyyətləri vardır. Düyünlər sinir lifləri vasitəsilə bir-birilə birləşir. Baş nahiyəsində – udlaqüstü düyün, bu düyün udlaqaltı düyündən ayrı olsa da, hər iki törəmə bir-birilə sinir lifilə birləşib və udlaqətrafı sinir həlqəsini əmələ gətirir. Udlaqaltı düyün isə öz növbəsində 148 özündən sonrakı düyünlərlə əlaqələnmişdir (şəkil 6.3). Qurdların sinir qanqlilərində 500-1500-ə qədər neyron vardır. Belə sistemdə reseptor hüceyrə periferiyada olur və öz uzun çıxıntısını (aksonunu) düyünə göndərir. Aralıq neyron öz çıxıntıları ilə birlikdə düyündə yerləşir, o hissi neyronu hərəki neyron ilə əlaqələndirir. Hərəkieffektor və ya icraedici neyronun cismi düyündə, çıxıntıları isə periferiyada olur. Bütün onurğalılarda yeni tip, borulu sinir sistemi əmələ gəlmişdir. Beyin borusunun genişlənmiş ön, baş hissəsi kəllə boşluğunda, qalan hissəsi isə onurğa kanalında yerləşmişdir. Onurğalılarda əksər sinirlər ilk növbədə akson lifləri mielin qişa ilə örtülür ki, bu da ayrı-ayrı sinir liflərilə oyanmaların nəql olunması prosesini asanlaşdırır. Məsələn, əgər xərçəngin nəhəng akson Yüklə 31,99 Mb. Dostları ilə paylaş: |