Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə90/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Adaptasiya (uyğunlaşma). Tədqiqat göstərmişdir ki, toxumalar, onların daxilində cərəyan edən həyat hadisələrinə tədricən uyğunlaşır və bu hadisələrə qarşı o toxumaların daxilində uyğunlaşma dəyişiklikləri baş verir. Belə dəyişikliklərə alışma və ya adaptasiya dəyişiklikləri deyilir. Bədəndən xaricə çıxarılmış ürəyin mədəciyi içərisindən keçən qida məhlulunun təzyiqini artırmış olsaq, o zaman ürəyin döyünmə ritmi artacaqdır. Lakin bu əvvəllər müşahidə ediləcəkdir; bir neçə dəqiqədən sonra təzyiqin yenə də yüksək qiymətdə qalmasına baxmayaraq ürək ritmi əvvəlki dərəcəsinə qayıdacaqdır. Bu, ürəyin yeni təzyiq şəraitinə uyğunlaşdığını göstərir.
Hiss üzvlərində adaptasiya hadisəsi daha aydın nəzərə çarpır. Pişiyin pəncəsində olan tüksüz nahiyənin üzərinə kiçik bir ağırlıq qoyduqdan sonra pəncənin afferent sinirlərində əmələ gələn fəaliyyət cərəyanında baş verən dəyişiklikləri izləyək. Görəcəyik ki, əvvəlcə həmin sinirlərdə bir-birinin dalınca fəaliyyət cərəyanı dalğaları əmələ gəlir, lakin get-gedə bu dalğalar bir müddətdən sonra sönməyə başlayır və 1-2 saniyədən sonra, ağırlığın yenə də həmin sinirə təsiri davam etdirməsinə baxmayaraq bu dalğalar
169
tamamilə ortadan çıxır. Bu pəncə sinirlərinin ağırlığa alışdıqlarını göstərir. Gözün müxtəlif qüvvəli işığa, qulağın müxtəlif qüvvəli səsə, burunun müxtəlif qoxuya alışması da bizə yaxşı məlumdur.
Deməli, üzvlər özlərini mühitin müxtəlif təsirinə uyğunlaşdırır və bununla da orqanizmin normal halını nisbətən sabit saxlayır ki, bu bioloji hadisədə sinir sistemi əsas rol oynayır.
6.6. Oyanmanın sinirdən əzələyə nəql olunmasının mediator mexanizmi
Əzələyə daxil olan hər bir sinir lifi ən kiçik şaxəciklərə ayrılaraq əzələ liflərini innervasiya edir. Sinir və əzələ liflərində oyanmanın bir sinir hüceyrəsindən digər sinir hüceyrəsinə və ya əzələ və ya vəzi hüceyrəsinə keçməsi fiziki və ya kimyəvi yolla mümkün olur:

  1. Fiziki nəzəriyyənin tərəfdarlarına görə sinir və əzələ hüceyrəsində oyanma bioloji cərəyan vasitəsilə verilməsinə.

  2. Kimyəvi (mediator) nəzəriyyənin müdafiəçiləri isə hər hansı kimyəvi maddənin vasitəsilə verilməsinə üstünlük verirlər. 1921-ci ildə Otto-Levi iki qurbağanın ürəyini Ştraube üsulu ilə kanyulaya keçirərək onlar arasında may mühitilə əlaqə yaradıb azan və simpatik sinirləri qıcıqlandırmaqla azan sinirin ucunda asetilxolin və simpatik sinirin isə ucunda simpatin əmələ gətirdiyini müəyyən etmişdir. Oyanmanın nəql olunmasında iştirak edən kimyəvi maddələr mediatorlar adlandırılmışdır. Bu nəqlolunma sinir uclarında yerləşən müxtəlif sinapsların sintez etdiyi oyandırıcı və ləngidici mediatorlar həyata kecirir.

Sinaps oyanmanın sinir lifindən əzələ, sinir və vəzi hüceyrəsinə ötürülməsini təmin edən quruluş vahidinə deyilir. Sinaps oyanmanı hər iki istiqamətdə nəql edən sinir lifindən fərqli olaraq birtərəfli nəqletmə qabiliyyətinə malikdir.
Sinapsın digər xüsusiyyəti oyanmanın nisbətən gec nəql etməsidir. Buna sinaptik ləngimə deyilir.
Elektron mikroskopu vasitəsilə müəyyən edilmişdir ki, sinapslar
3 əsas element: 1. presinaptik (sinaps önü) membran; 2. postsinaptik

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin