Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Sinir mərkəzlərinin refrakterliyi



Yüklə 31,99 Mb.
səhifə100/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Sinir mərkəzlərinin refrakterliyi. Sinir mərkəzlərinin xassələrindən doqquzuncusu, onların refraktor dövrünün sinirlərə nisbətən daha uzun olmasıdır.
Məlum olduğu kimi hər bir oyanmış hüceyrə müəyyən müddət yeni qıcığa qarşı refrakter halda (oyanmamazlıq dövründə) olur. Məsələn, hərəki sinirin refrakter dövrü 2 milli/san, skelet əzələsinin refrakter dövrü isə 5 milli/san-yə bərabərdir. Refrakter dövr sinir mərkəzlərində də müşahidə olunur. Lakin fərq orasındadır ki, burada refrakter dövr çox uzun sürür. Məsələn, bəzi tədqiqatçıların məlumatına görə onurğa beyni mərkəzlərinin mütləq refrakter dövrü 16 milli/san, digərlərinə görə 10 milli/san, bu dövr hətta 30 milli/saniyəyə bərabərdir. Pişiyin onurğa beyin mərkəzlərinin nisbi refrakter dövrü 0,1-1 saniyə və bəzi hallarda daha çox olur.
Sinir mərkəzlərinin fizioloji xüsusiyyətlərindən onuncusu, onların sinir liflərindən fərqli olaraq çox tez yorulmasıdır.
Sinir liflərindən fərqli olaraq sinir mərkəzləri daha tez yorulur. Afferent sinirin uzun müddət qıcıqlanması reflektor reaksiyaların tədricən zəifləməsinə, sonralar isə tamamilə kəsilməsinə səbəb olur. N.E.Vvedenski afferent siniri qıcıqlandırdıqdan 10-40 saniyə sonra reflektor reaksiyanın zəiflədiyini və tamamilə kəsildiyini müşahidə etdikdən sonra qıcığı qonşu afferent sinirə keçirərək refleks əmələ gətirdiyini müşahidə etmişdir. Bu şəraitdə əvvəlcə sinir mərkəzinin yorulduğunu isbat etmək üçün bilavasitə əzələyə gedən efferent siniri qıcıqlandırmaq kifayətdir. Buna cavab olaraq əzələ təqəllüs edəcəkdir.
N.E.Vvedenski xüsusi təcürbələrlə refraktor təsir nəticəsində
199
əzələ yorulmasını müşahidə etmişdir. Əvvəlcə kəsilmiş oturaq sinirin afferent sinirini qıcıqlandırmaqla yorulma əldə etmişdir. Sonra efferent siniri qıcıqlandırdıqda əzələ əvvəlki qayda ilə təqəllüs etmişdir. Deməli, əvvəlcə mərkəz, sonra mionevral sinaps, sonra əzələ yorulur, sinirlər isə demək olar ki, yorulmazdır.
Tədqiqatçılar göstərir ki, onurğa beyni kəsilmiş itdə qaşınma refleksinin davam etdiyi müddətdə qıcığı dərinin bir nöqtəsindən digərinə köçürdükdə 300-400 qaşınma hərəkəti alınır. Halbuki, dərinin eyni nöqtəsi qıcıqlandırıldıqda az müddətdən sonra qaşınma hərəkətlərinin arası kəsilir. Bu təcrübələr göstərir ki, yorulma hadisəsi refleks qövsünün efferent hissəsinə qədər olan sahəsində baş verir.
A.A.Uxtomskinin fikrinə görə ən tez yorulan birinci hissi neyrondur. Başqalarına görə isə ikinci neyron, yəni hissi neyronla hərəki neyron arasında yerləşmiş ara neyron tez yorulur.
Yorulma zamanı sinir mərkəzlərində baş verən fiziki-kimyəvi dəyişikliklərin təbiəti bu vaxta qədər tamam aydınlaşdırılmamışdır. Çox ehtimal ki, sinir mərkəzlərinin yorulması, yalnız o mərkəzlərdə baş verən dəyişikliklərlə deyil, eyni zamanda beyin qabığının halı və bütün orqanizmdə gedən maddələr mübadiləsindəki dəyişikliklərlə əlaqədardır. Deyilənə görə neyronlararası sinapslarda əlaqənin pozulmasıdır.
Sinir mərkəzlərinin fəaliyyətindəki xüsusiyyətlərdən biri də subordinasiya, yəni tabelikdir. Normal fizioloji şəraitdə, mərkəzi sinir sisteminə gələn hər bir impuls, beyin yarımkürələrinin qabığına qədər hərəkət edir. Morfoloji və fizioloji tədqiqat göstərir ki, bu zaman sinir impulsu ardıcıl surətdə bir-birilə birləşmiş bir sıra neyrondan keçir. Eləcə də mərkəzi sinir sisteminin ali şöbələrində doğan impulslar, üzvlərə gəlincəyə qədər bir-birilə əlaqədar bir sıra neyronlardan keçməlidir. Bu neyronlardan nisbətən aşağıda olanı, nisbətən yuxarıda olanına tabedir və daima onun təsiri altındadır. Lakin bununla bərabər, hər bir neyron müəyyən dərəcəyə qədər müstəqil fəaliyyətə qabildir. Hər bir neyron, onun çıxıntısından ayrılan şaxələr və
200
saysız-hesabsız kollateral liflər vasitəsilə bir qrup neyrona təsir göstərir.
Sinir hüceyrələri arasında olan bu cür qarşılıqlı əlaqə sayəsində beyinin mərkəzləri onurğa beyinin neyronlarından bir çoxunun fəaliyyətini özünə tabe edir və bu fəaliyyəti özündə birləşdirir. Məsələn, uzunsov beyində olan vazomotor mərkəz onurğa beynindəki vazomotor mərkəzi, orta beyində yerləşmiş və bədəndəki əzələlərin tonusunu nizama salan mərkəz, onurğa beynində olan ayrı-ayrı əzələ və əzələ qruplarının mərkəzini özünə tabe edir və onların fəaliyyətini nizama salır.
Bunların da vəzifələrini nizama salan ali mərkəz, beyin yarımkürələrinin qabığında yerləşmişdir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin