Sinir mərkəzlərin tonusu. Elektrofizioloji tədqiqatlar göstərir ki, sinir mərkəzlərindən müvafiq orqanlara və toxumalara impulslar selinin axını nəinki reflektor reaksiyalar zamanı, habelə sakit vəziyyətdə də davam edir. Sinir mərkəzlərindən mühitə gələn təktək impulslar skelet əzələlərini və damarları tonusda saxlayır.
Sinir mərkəzlərinin belə daimi oyanmış vəziyyətdə olması sinir mərkəzlərinin tonusu adlanır. Bunun əmələ gəlməsində fasiləsiz olaraq reseptorlardan mərkəzi sinir sisteminə gələn afferent impulslar, eləcə də müxtəlif humoral qıcıqlandırıcılar (hormonlar, CO2 və sair) iştirak edir. Sinir mərkəzlərinin tonusunu təmin edən afferent impulsların rolunu Brondjestin təcrübəsilə göstərmək olar.
Əgər qurbağanın arxa pəncəsini sinirləndirən onurğa beyni hissi seqmentləri kəsilərsə bu zaman hərəki sinirlərin kəsilməsi zamanı baş verən proses, yəni əzələ tonusunun itməsi müşahidə olunur. Bu isə əzələlərdən və başqa periferik reseptorlardan gələn afferent impulslarla həyata keçirilir.
Sinir mərkəzləri funksiyalarının oksigen təminatından asılılığı. Sinir mərkəzlərinin başlıca xüsusiyyətlərindən biri də qaz mübadiləsinin və qan dövranının ən kiçik dəyişikliklərinə çox həssas olmasıdır.
Məsələn, sinir toxuması daha çox oksigen sərf edir. İtin 100 qram beyninə bir dəqiqədə 10 ml, eyni miqdar qaraciyərə 10 dəfə, əzələyə isə 22 dəfə az oksigen lazım gəlir. İnsan beyninin
201 oksigenə tələbatı daha çox olur. Qısa müddət ərzində beyin qan dövranının dayanması nəticəsində, bəzən adam huşunu itirir. Ən çox beyin yarımkürələrinin qabığı qan dövranı pozğunluğuna tab gətirmir, 5-6 dəqiqə ərzində hüceyrələr tələf olurlar.
Sinir hüceyrələri və sinapslar bəzi zəhərlərə qarşı seçici həssaslığa malikdir.
Strixinin təsirindən ləngidici hüceyrələrin funksiyası blokadaya alınır və nəticədə mərkəzi sinir sisteminin oyanma qabiliyyəti artır. Kiçik dozada strixinin yeridilmiş heyvan hətta zəif qıcıqlara belə çox şiddətli cavab verməyə başlayır.
Sinapslarda oyanmanın keçməsini ləngidən preparatlara qanqlioblokatorlar deyilir. Sinapslar zəhərlərin təsirinə çox həssasdır. Məsələn, kurare nikotinə həssas, atropin isə muskarinə həssas sinapsları sıradan çıxarır.