Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə107/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

6.14. Oyanmanın irradiasiyası


Mərkəzi sinir sistemində oyanmanın yayılması irradiasiya adlanır. İrradiasiya sayəsində ayrı-ayrı neyronlar bir-birilə qarşılıqlı əlaqəyə girə bilir.
Oyanmanın onurğa beynində irradiasiya etməsi qurbağa üzərində göstərilmişdir. Qurbağanın yan tərəfinə turşu ilə isladılmış kağız parçası qoyduqda qıcıqlanan tərəfdəki ətraf təqəllüs edərək silmə refleksi verir. Ətrafın hərəkətinə mane olunursa, dərinin qıcıqlanması əks tərəfdəki ətrafın hərəkətinə səbəb olur.
Şübhəsiz, bu hadisəni sabit və dəyişməz iki neyronlu refleks
210
qövsü ilə izah etmək heç vəchlə mümkün deyildir. Bunu ancaq oyanmanın mərkəzi sinir sistemində irradiasiyasını və müxtəlif neyronlar arasındakı qarşılıqlı təsiri nəzərə alınmaqla izah etmək olar.
Baş-beyin yuxarı şöbəsini aşağı şöbəsindən ayıran beyin sütunu kəsilmiş pişiyin arxa ətraflarından birinin ayaqaltı nahiyədə dərisini zəif qıcıqlandırdıqda həmin ayağın aşıq oynağında bükmə hərəkəti baş verir. Qıcıq xeyli qüvvətli olarsa, qıcıqlandırılan bir tərəfin ətrafının oynaqlarında bükmə, digər tərəfdə isə açma hərəkətləri əmələ gəlir. Qıcığın qüvvəsini tədricən artırdıqda diz oynağı, sonra isə bud-çanaq oynağı da bükülür. Tədqiqatçıların fikrincə cəmi iki neyron iştirak edən proprioseptiv reflekslər kimi nisbətən sadə reflektor reaksiyalar belə, həqiqətdə mərkəzi sinir sistemində çox geniş yayılan və böyük sahə tutan oyanmaların nəticəsidir.
Demək, belə xüsusi reflekslərdə sinir impulsu yalnız onurğa beynində qalmayıb, mərkəzi sinir sisteminin ali şöbələrinə yayılır və o şöbələrin də müəyyən irradiasiya prosesinə yeni doğulmuş uşaqlarda daha çox təsadüf edilir. Oyanmanın geniş sahə tutması döldə daha yaxşı nəzərə çarpır. Minkovskinin 23 insan dölü üzərində apardığı maraqlı tədqiqatlar bunu təsdiq etmişdir. O cərrahi yolla çıxarılmış və ilıq fizioloji məhlula salınmış 3-6 aylıq dölləri müayənə edərkən göstərmişdir ki, tələf olana qədər döl qıcığa qarşı hərəkət şəklində reflektor cavab verir.
Morfoloji və elektrofizioloji tədqiqatlar göstərir ki, mərkəzi sinir sistemində oyanmanın yayılma imkanı sinir hüceyrələri çıxıntılarının (akson və dendritlərin) saysız-hesabsız şaxələri sayəsində və sinir mərkəzlərini bir-birilə əlaqələndirən ara neyronların köməyilə təmin olunur. Oyanmanın irradiasiya mexanizmində retikulyar formasiya daha çox rol oynayır.
Oyanmanın irradiyasiyası məhdudluğunda ləngimənin əhəmiyyətini mərkəzi sinir sistemində ləngidici sinapsları blokadaya alan strixinin heyvana yeridilməsilə müşahidə etmək olar. Qurbağanın dərisi altına 0,1 % strixnin məhlulu yeridildikdən bir neçə dəqiqə sonra onun pəncəsinə toxunmaq və ya yerləşdiyi stola yüngül
211
zərbə vurmaq kifayətdir. Bu zaman bütün skelet əzələlərinin qıclığı ilə müşayiət olunan mərkəzi sinir sisteminin qüvvətli oyanması meydana çıxır. Təcrübə göstərir ki, ləngidici sinapsları fəaliyyətdən saldıqda mərkəzi sinir sistemində oyanma geniş yayılır.
Hər hansı afferent yolla gələn oyanma bir tərəfdən afferent sinirin kollaterali vasitəsilə retikulyar formasiyaya, digər tərəfdən isə qabıq nüvələrinə çatır (şəkil 6.23). Hərəki neyronlardan periferiyaya gedən impulslar skelet əzələlərinə yayılmaqla bərabər kollaterallarla geri qayıdıb Renşoy hüceyrəsini oyadır və nəticədə hərəki neyronların bütün fəaliyyəti ləngiyir. Hərəki neyronlar intensiv oyandıqca periferiyaya daha yüksək tezlikli impulslar göndərir və Renşou hüceyrələrinin qüvvətli oyanmasını törədir. Buna uyğun hərəki neyronun fəaliyyəti ləngiyir. Beləliklə, sinir hüceyrələrinin həddindən artıq oyanmasını avtomatik şəkildə qoruyan mexanizm vardır.


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin