Şəkil 6.23. Renşou hüceyrəsilə hərəki neyronlar arasındakı əlaqənin sxemi: 1-3-motoneyronlar; 2-Renşou hüceyrəsi.
Renşou hüceyrələrinin iştirakı ilə əmələ gələn ləngimə dönən ləngimə adını almışdır.
212 A.K.Anoxinin laboratoriyasında oyanmanın generalizasiyasının daha bir yolu kəşf edilmişdir. Təcrübələr göstərir ki, beyin qabığının hər hansı sahəsini strixnində qıcıqlandırdıqda qabığın bütün nöqtələrində generalizə olunmuş şəkildə strixnin potensialları qeyd edilir. Lakin retikulyar formasiyanı pozduqdan sonra strixnin potensialı qeyd olunmur. Demək, generalizə olunmuş oyanma beyin qabığından kortifukal yollarla retikulyar formasiyaya adrenergiq çatır və onu yenidən oyadır. Anoxin buna dönən generalizasiya adı vermişdir.
Aminazin yeritdikdə isə strixninin təsiri itir. Oyanmanın irradiyasiyası mexanizmində B.Renşounun onurğa beynində kəşf etdiyi ləngidici neyronlar böyük əhəmiyyətə malikdir.
A.A.Uxtomskiyə görə, mərkəz sinir sistemində əmələ gələn hakim oyanma nahiyəsinə dominant mərkəz deyilir. Dominant mərkəz əvvəlcə mərkəzlərə gələn oyanmaları özünə cəlb edərək onların hesabına qüvvətlənir, sonra adi şəraitdə olan refleksləri deyil, dominant mərkəz üçün səciyyəvi olan reaksiyaya səbəb olur. Ona görə də reflekslər bu hallarda təhrif edilir, yəni müəyyən bir yerin qıcıqlanması, o yer üçün heç də səciyyəvi olmayan digər cavabın alınmasına səbəb olur. Aşağıdakı təcrübələr dominant prinsipini təsdiq etmək üçün kifayətdir. Defaksiya aktı icra olunduqda heyvanın dal ətraflarının bükülməsini təmin edən qabığın hərəki mərkəzini qıcıqlandırsaq, ətrafın sonrakı bükülməsi baş vermir, əvəzində heyvanda defekasiya sürətlənir. Eyni mərkəzləri udma refleksi zamanı qıcıqlandırmış olsaq, bu dəfə skelet əzələlərinin təqəllüsü deyil, udma hərəkətlərinin qüvvətləndiyi müşahidə ediləcəkdir.
Əgər strixninlə isladılmış kağız parçasını qurbağanın silmə refleksi əmələ gətirən onurğa beynin mərkəzləri üzərinə qoysaq, həmin mərkəzdə oyanma artacaq və silmə hərəkətləri baş verəcəkdir. Bu zaman başqa reflekslər verən nahiyələr qıcıqlandırılsa silmə refleksi daha da güclənir.
213 Dominant hadisəsi bir çox psixi halları başa düşməyə imkan verir və akademik İ.P.Pavlovun ali sinir fəaliyyəti haqqındakı təlimini zənginləşdirir.
Son zamanlar retikulyar formasiyanın funksiyasının öyrənilməsinə dair aparılan tədqiqat işləri, dominantlıq prinsipinin bəzi fəallaşma mexanizmlərini öyrənməyə imkan vermişdir.