Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Sinir sisteminin trofiki funksiyası



Yüklə 31,99 Mb.
səhifə109/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Sinir sisteminin trofiki funksiyası. İlk dəfə 1887-ci ildə İ.P.Pavlov ürəyi innervasiya edən simpatik sinirlərin tərkibində, onun ritmini dəyişmədən qüvvəsini artıran liflər olduğunu kəşf etmişdir.
Orqanizmə trofik təsirin, yəni maddələr mübadiləsi və qidalanmanın tənziminin həyata keçirilməsində mərkəzi sinir sisteminin hər bir şöbəsi, ən çox hipotalamusun aclıq və toxluqla əlaqədar olan venterolateral və venteromedial nüvələri və başbeyin yarımkürələri qabığı iştirak edir. Hipotalamusda maddələr mübadiləsini tənzim edən mərkəz yerləşir.
Sinir sisteminin trofik funksiya yerinə yetirməsini sinirlərin kəsilməsi zamanı həmin sinirlərin innervasiya etdiyi toxumalarda, üzvlərdəki vəziyyəti təhlil etməklə isbat etmişlər
Akad.A.İ.Qarayev və əməkdaşları simpatik sinirlərin və onların mərkəzlərinin skelet əzələlərinə təsirindən qlükogenez hadisəsinin sürətləndiyini apardıqları təcrübə ilə isbat etmişlər.
Simpatik sinirlərin qıcıqlandırılması əzələdə qlükogenin qlükozaya çevrilməsinə səbəb olur.
Alman alimi Heydenhayn simpatik sinirləri qıcıqlandırılmaqla müəyyən etmişdir ki, ağız suyu vəzilərini innervasiya edən simpatik sinir lifləri ağız suyu vəzi hüceyrələrinin trofikasını, qidalanmasını tənzim edir.
İ.P.Pavlov tərəfindən sonralar sinir sisteminin trofik funksiyası haqqındakı təlim inkişaf etdirilərək ürək əzələsi təqəllüsünü qüvvətləndirən və zəiflədən sinirlərin kəşf olunması ilə nəticələnmişdir. Həmin sinirlərin ürəkdə rolu onların ürək əzələsinə qidalandırıcı təsiri ilə izah olunur. İndi elmə məlumdur ki, bütün üzvlər və toxumalar trofik sinirlərə malikdir.
214
Mərkəzi sinir sisteminin xüsusi fiziologiyası. Mərkəzi sinir sisteminin fiziologiyası son illərdə əsas sinir proseslərinin fizikikimyəvi təbiətinin mexanizminin öyrənilməsi sahəsində yüksək inkişaf yolu keçmişdir. Elektrofizioloji üsullarla ayrıca sinir hüceyrəsində mövcud olan proseslərin öyrənilməsi ayrıca neyrofiziologiya sahəsində əldə etdiyi nailiyyətlər beyin fəaliyyətinin hüceyrə mexanizminin düzgün analizi üçün yol açdı. Qısa müddətdə sinir impulsunun generasiyası mexanizmini, sinaptik oyanma və tormozlanmanın təbiətini müəyyənləşdirən eksperimental material toplandı. Neyrokimya sahəsində sinir hüceyrəsində sinir proseslərinin gedişinə effektli təsir göstərən bir sıra kimyəvi birləşmələr kəşf olundu.
MSS-nin fiziologiyası sinir hüceyrəsi tərəfindən məlumatların qəbulu və ötürülməsi, yenidən işlənməsi mexanizmini, orqanizmin orqan və sistemlərin həyat fəaliyyətinə müxtəlif amillərin təsirini, yaddaş və psixi aktların fizioloji mexanizminin qanunauyğunluqlarını öyrənir. MSS-in fizioloji xüsusiyyətlərini tədqiq etmək üçün ən müxtəlif metodlardan istifadə edilir.
Neyrofiziologiyada ən geniş yayılmış tədqiqat formalarından biri elektrofizioloji və mikroelektrod metodlarıdır.
Sinir sistemi funksiyasının öyrənilməsində neyrofizioloji və neyrokimyəvi metodlar daha mühüm əhəmiyyətə malikdir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin