Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə11/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

İ.P.Pavlov
şirəsinin artmasının əsas qanunauy-

(1849-1936)


ğunluqlarını və mexanizmlərini müəyyən etməyə imkan vermişdir. Bu tədqiqatların nəticələri İ.P.Pavlov (1849-1936) tərəfindən «Əsas qidalanma vəzilərin işi haqqında məruzələrdə» ümumiləşdirilərək, ilk rus aliminə Nobel mükafatı verilməsi ilə nəticələnmişdir.

20 21
K.Bernar (1855) fiziologiya elminə istehsal etdikləri maddələri qana ifraz edən daxili sekresiya vəziləri haqqında anlayış daxil etmişdir. Elmdə bu vəzilərin funksiyaları haqqında məlumatlar toplanmağa başlandı. Yumurtalıqdan çıxan cövhərin canlandırıcı fəaliyyəti təsvir olunmuşdur (Ş.Braun-Sekar, 1889). Zob və «bürünc xəstəliyinin» təsvir olunması K.Bazedov (1840), T.Adison (1885) tərəfindən qalxanabənzər və böyrəküstü vəzilərin öyrənilməsinin əsasını qoymuşdur. İ.Merinq, O.Minkovski (1889) mədəaltı vəzinin daxili sekresiya funksiyalarını itlərdə öyrənərək, onun ekstripasiyasından sonra şəkərli diabetin inkişafını müşahidə etmişlər.
E.Dubua-Reymon (1848-1849) Qalvani ilə Voltun
mübahisələrini davam etdirərək, şəxsi tədqiqatların əsasında toxumalarda elektrik yüklərinin mövcudluğu haqqında «elektromotor molekulyar» nəzəriyyəsinin əsasını qoymuşdur. O, induksion cihaz, qalvanometr və qütbləşməyən elektrodların köməkliyi ilə canlı toxumalarda sükunət və fəaliyyət potensialların olmasını təcrübi yolla əsaslandırmışdır. L.Qermann (1867) bioelektrik potensiallarının kimyəvi yolla əmələ gəlməsinə dair mülahizə irəli sürmüşdür.
Kiyev fizioloqu V.Y.Çaqoves (1896) «Toxumaların elektrik potensiallarının təbiəti haqqında» əsərində Arreniusun elektrolitik dissosiasiya nəzəriyyəsinə əsaslanaraq ilk dəfə olaraq onların mənşəyinin ion təbiətli olduğunu irəli sürmüşdür.
F.Majandi (1822) və K.Bell (1823) tərəfindən onurğa beynin ön köklərinin hərəki və arxa köklərinin hissi rolu aydınlaşdırılmışdır. Sinir proseslərinin əsas xassələrinin öyrənilməsini açıqlayan Çarlz Şerrinqtonun (1892-1900) tədqiqatlarının əsasını təşkil etmiş və neyronlararası əlaqənin anatomik əsası kimi sinaps anlayışı ilk dəfə onun tərəfindən elmə daxil edilmişdir.
Sinir sisteminin fiziologiyası üçün İvan Mixayloviç Seçenovun tədqiqatları böyük əhəmiyyət kəsb edir. Onun qurbağanın görmə qabarlarının qıcıqlanması ilə əlaqədar məşhur təcrübəsi (1862) mərkəzi tormozlanma sisteminin öyrənilməsinin əsasını qoymuşdur. İ.P.Pavlov «Baş beynin refleksləri» (1863) əsərini «Seçenov fikrinin dahiyanə pilləsi» adlandırmışdır.
Beləliklə, artıq XIX əsrdə fiziologiyanın əsas bölmələri formalaşmış və orqanizmin orqanlar sisteminin fəaliyyətləri haqqında bir çox məlumatlar toplanmışdır.
Orqanizmin həyat fəaliyyətində fizioloji proseslər haqqında biliklərin sürətlə toplanması əvvəllər fiziologiyanın bölmələri olan bir çox tədqiqat istiqamətlərinin sərbəst elm sahəsinə çevrilmələri ilə nəticələndi. Belə ki, ilk öncə fizioloji funksiyaların kimyəvi əsaslarının öyrənilməsi ilə fizioloji kimya, sonra biokimya ilə molekulyar biologiya kimyanın daha geniş xassələri mənimsənilmişdir.
XX əsrdə nəinki fiziologiya elmində məşhur hadisə İ.P.Pavlov tərəfindən ali sinir fəaliyyətinin fiziologiyası sahəsində kəşf olmuşdur. 1903-cü ildə Madrid şəhərində keçirilən Beynəlxalq tibbi konqresdə İ.P.Pavlov ilk dəfə beynin ali funksiyalarının obyektiv şəkildə fizioloji nöqteyi-nəzərdən öyrənilməsinin nəticələrini şərh edərək, şərti reflekslər təlimi haqqında məlumat verdi.
XX əsrin fiziologiya elmi sinir sistemi fiziologiyasının bir çox ümumi və xüsusi məsələlərinin həllində əldə olunan böyük nailiyyətlər ilə məşhurdur. Rus alimləri K.M.Bıkov (1947) daxili orqanların işinin fizioloji tənzimlənməsi mexanizmlərini tədqiq edərək, orqanizmin vegetativ funksiyaları sahəsinin şərti reflekslərin nəzarəti altında olduğunu müəyyən etmişdir. V.N.Çerniqovski (1960-1980) daxili orqanların vəziyyəti və onların beynin ali şöbələri tərəfindən tənzim edilməsini, informasiyanı ötürən sinir impulslarının fizioloji əhəmiyyətini və ürək fəaliyyətinə interoreseptorların təsirini tədqiq etmişdir. N.E.Vvedenski (1901-1914) parabioz konsepsiyasını öyrənmişdir.
A.A.Uxtomski (1923-1940) dominant haqqında təlimi inkişaf etdirmişdir. Onurğa beynin reflekslərinin tədqiqat nümunələrində görkəmli ingilis fizioloqu Ç.Şerrinqton (1906-1947) hərəkətli reflekslərin ümumi xassələrini, oyanma və tormozlanma proseslərinin mənimsənilmiş münasibətlərini, yekun istiqamətlərin prinsipini və sinir sisteminin inteqrativ fəaliyyətinin digər fundamental qanunauyğunluqlarını müəyyən etmişdir.

22 23
Kiyev alimi V.Y.Çaqoves (1903-1906) hələ tələbə ikən bioloji elektrogenezin təbiətini izah etmək üçün Arreniusun elektrik dissosiasiyası nəzəriyyəsini ilk dəfə tətbiq etmiş və bioelektrik potensialının ion təbiətli olması haqqında fikir irəli sürmüşdür. Alman fizioloqu Y.Bernşteyn (1902) isə elektrik potensiallarının ion membran nəzəriyyəsini irəli sürmüşdür. A.Xodcin və A.Xasli (1952) bioelektrik cərəyanının əmələ gəlməsində hüceyrə membranı və sitoplazmada kalium, natrium və xlor ionlarının qeyri-bərabər şəkildə paylanmasını kəşf edərək oyanma potensiallarının mənşələri haqqında müasir təsəvvürləri əsaslandırmışlar.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin