Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Rubrospinal yol (Monakov dəstəsi)



Yüklə 31,99 Mb.
səhifə118/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Rubrospinal yol (Monakov dəstəsi). Hərəkət aktlarını təmin edən impulsları, orta beynin hərəki qırmızı nüvə neyronlarından, qabıqaltı nüvələrin dördtəpəli cismin və beyinciyin hərəki lifləri ilə birlikdə onurğa beyninə daxil olaraq onun hərəki mərkəzlərində qurtarır.
Vestibulospinal yol. Bədən müvazinətini təmin edən hərəki siqnalları uzunsov beyindəki vestibulyar (müvazinət) mərkəzlərdən, onurğa beyninin ön köklərinə nəql edir. Əzələ tonusunun tənzimində iştirak edir.
Piramid yollar ancaq məməlilərdə mövcuddur və insanda özünün ən yüksək inkişaf səviyyəsinə çatır. İnsanda piramid yolların tərkibində 2 milyona qədər sinir lifi vardır.
Bu bir daha göstərir ki, insanda baş beyin qabığından onurğa beynə və onun vasitəsilə skelet əzələlərinə, habelə daxili orqanlara efferent impulsların verilməsində piramid yollar olduqca mühüm rol oynayır.
Əzələ tonusu reflektor təbiətlidir. Əzələlərin reflektor tonusunda onurğa beyninin mərkəzləri iştirak edir. Bundan başqa, mərkəzi sinir sisteminin yuxarı şöbələri əzələ tonusunu nizam-
227
lamaqla həlledici rol oynayır.

6.19. Uzunsov beyin və onun funksiyaları


Uzunsov beyin onurğa beyninin davamıdır. İnsanda onun uzunluğu 2,5 sm-ə, ağırlığı isə 7 q çatır, konusvarı formadadır. Yuxarıdan Varol körpüsü aşağıdan qurtaracağı böyük ənsə dəliyi ilə sərhədlənir. Uzunsov beyin Varol körpüsü ilə birlikdə IV beyin mədəciyinin dibini təşkil edir.
Onurğa beynində olduğu kimi, burada boz maddə daxilində, ağ maddə isə xaricdədir. O, mütəşəkkil və həm də bir-birilə əlaqədə olan çoxlu nüvələrə bölünür. Uzunsov beyin nüvələrindən ən böyüyü zeytun və dişli nüvədir. Uzunsov beynin üst səthi ilə gedən dərin şırım onu sağ və sol paya ayırır, onlara piramidlər deyilir. Piramidaların tərkibinə daxil olan liflərin onurğa beyninin yan piramid dəstələrini, az hissəsi isə ön piramid dəstələrini əmələ gətirir.
Uzunsov beyin eninə şırımla Varol körpüsündən qismən aralanmışdır. Körpü uzunsov beyni beyinciklə və beynin böyük yarımkürələri ilə birləşdirir.
Uzunsov beyin dörd funksiyanı yerinə yetirir:
a) bir sıra mürəkkəb reflektor aktları nizamlayır, b) qalxan və enən sinir impulslarının nəql olunmasında baş beyinlə onurğa beynin arasında körpü yaradır, v) əzələlərin tonusunda iştirak edir, q) 5-12 cüt beyin sinirlərinin köklərinə başlanğıc verir (Varol körpüsü ilə birlikdə).
Tənəffüs, həzm, qan-damar sistemi və bəzi hiss üzvlərindən başlanan afferent sinirlər uzunsov beynə daxil olur. Uzunsov beyin mərkəzlərinin əksəriyyəti hissi sinirlərlə orqanizmin daxili mühitindən interoreseptorlardan gələn qıcıqlara qarşı reflektor reaksiyalarının əmələ gəlməsində iştirak edir.
Uzunsov beynin və Varol körpüsünün boz maddəsi həyat üçün vacib olan bir sıra funksiyaların reflektor sinir mərkəzlərini əmələ gətirmişdir. 12 cüt beyin sinirindən 8 cütü (5-dən 12-yə qədər) uzunsov beyin və Varol körpüsü sahəsindən çıxır. Onlar
228
aşağıdakılardır (şəkil 6.9):
Üçlü sinir. Nüvəsi Varol körpüsündə yerləşmişdir.
Uzaqlaşdırıcı sinir. Varol körpüsündən çıxır, hərəki sinirdir, bir əzələni – gözün xarici düz əzələsini sinirləndirir.
Üz siniri. Varol körpüsü ilə uzunsov beyin sərhədindən çıxır, hərəki və sekretor liflərdən ibarətdir.
Eşitmə siniri. Afferent sinirdir. Varol körpüsü ilə uzunsov beynin sərhədindən çıxır. İlbiz siniri daxili qulağın ilbiz aparatından başlanır və eşitmə siqnalları nəql edir, vestibulyar sinir isə daxili qulağın vestibulyar aparatından başlanır və bədənin fəzadə vəziyyəti haqqında siqnalları nəql edir.
Dil-udlaq siniri. Uzunsov beyindən çıxır, qarışıq sinirdir. Afferent qulaqyanı tüpürcək vəzilərini innervasiya edir.
Azan sinir. Uzunsov beyindən çıxır, tərkibində spesifik visseral, ümumi somatik efferent və ümumi somatik afferent liflər vardır.
Əlavə sinir. Uzunsov beyindən başlanğıc alır, əsasən effektor liflərdən təşkil olunmuşdur, çiyin əzələlərini innervasiya edir.
Dilaltı sinir. Uzunsov beyindən çıxır, ümumi somatik efferent sinir olub, dil əzələlərini innervasiya edir.
Uzunsov beyin bir neçə funksiya daşıyır: o, bir sıra reflektor aktların nizamlayıcısıdır, onurğa beynilə baş beynin yuxarı şöbələri arasında sinir əlaqələri yaradır, nəqledici vəzifəsini yerinə yetirir, əzələ tonusunun tənzimində iştirak edir, Varol körpüsü ilə birlikdə beyin sinirlərinin bir sıra nüvələrini əmələ gətirir ki, bu nüvələrin bəziləri qan dövranının, tənəffüsün, həzmin və digər vegetativ funksiyaların idarə olunmasında mühüm rol oynayır.
Uzunsov beyin və Varol körpüsünün içərisində, IV mədəcik ətrafında və nüvələrarası sahədə diffuz halda səpələnmiş neyron kütləsinin əmələ getirdiyi torabənzər törəmə – retikulyar formasiya vardır. Onun davamına orta və aralıq beyin şöbələrində rast gəlinir. Uzunsov beyində aşağıdakı mərkəzlər yerləşir:

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin