Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə121/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Orta beyin. Beynin kiçik bir hissəsini orta beyin təşkil edir.
Erkən embriogenezdə orta beyin qovuqcuğu arxa beyin qovuqcuğuna nisbətən gec inkişaf edir. Sonralar burada bazal hüceyrə sütunları anatomik bölgüyə məruz qalır. Belə ki, bazal sütunun hüceyrələri hesabına iki nüvə – 3-cü cüt – gözün hərəki
232
sinirinin və 4-cü cüt – blokvarı sinirin nüvələri formalaşır. Qanadvarı sütunun hüceyrələri hesabına isə quşlarda ikitəpəli, məməlilərdə isə dördtəpəli törəmə, qırmızı nüvə, qara maddə və retikulyar formasiya nüvələri formalaşır.
Morfoloji cəhətdən orta beyin əsasən iki şöbədən – dördtəpəli cismdən və yarımkürə ayaqcıqlarından ibarətdir. Dördtəpənin arxa təpələri eşitmə mərkəzləri, ön təpələr ilkin görmə mərkəzləri hesab olunur. Eşitmə və görmə sinirinin lifləri bu təpələrdə qurtarır.
İşıq qıcığı ilə bağlı olan bir sıra refleks qövsləri ön təpələrdən keçir. Bunların arasında işığa qarşı yaranan bələdləşmə refleksini göstərmək olar. Beyin yarımkürələri çıxarılmış, lakin orta beyni saxlanılmış heyvan işığa qarşı bəzi hərəki reaksiyalarla cavab verir.

Şəkil 6.27. Orta beyinlə uzunsov beyin arasında kəsik apardıqda heyvanda müşahidə edilən bəzi xarakterik hərəki pozğunluqların
233
sxematik təsviri (A.B.Korobkov və Çesnakovdan götürülmüşdür, 1987).
Dördtəpəli cismin arxa təpələri səsi yaxşı eşitmək qulaqları şəkləmək, başı və bədəni yeni səs mənbəyinə çevirmək kimi hərəkətləri idarə edən mərkəzlər vardır.
Orta beynin qırmızı nüvə və qara maddə adlanan törəmələri daha mürəkkəb reflektor hərəkətlərin nizamlanmasında, skelet əzələlərinin tonusunun tənzimlənməsində iştirak edir.
Orta beynin funksiyasından danışarkən əsasən dördtəpəli cisim, qırmızı nüvə və qara maddənin rolu nəzərdə tutulur.
Orta beynin mühüm effektor mərkəzi qırmızı nüvədir. Qırmızı nüvə bədən əzələlərində tonusun paylanmasında mühüm rol oynayır. Qırmızı nüvə orta beynin retikulyar formasiya nüvələri ilə birlikdə əzələ tonusunu nizamlayır. Onların arasında əlaqə pozulduqda deserebrasiya qıclığı yaranır (şəkil 6.27).
Orta beyindəki qara maddənin funksiyası əzələ tonusunun plastikliyinin nizamlanmasında və barmaq hərəkətlərinin idarə olunmasında mühüm rol oynayır.
Orta beyni olan heyvanlar işıq və səs qıcıqlarına normal cavab verir. Əzələ tonusu ayrı-ayrı əzələ qrupları arasında dəqiq bölünür.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin