Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə124/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Ara beyin. Beyin sütunu mərkəzi sinir sisteminin əsas şöbəsi olan onurğa beyni üzərində tədricən qurulmuş refleks qövslərindən və mərkəzlərdən ibarət yeni şöbə kimi təsəvvür etmək olar.
Onurğa beyni üzərində olan birinci şöbə uzunsov beyindir. Uzunsov beyin onurğa beyninin bütün seqmentlərini birləşdirir, bütün skelet əzələlərinin tonik təqəllüsünü nizama salır.
Sonrakı şöbə olan orta beyin, mərkəzi sinir sisteminin aşağı şöbələri üzərində üstünlük qazanır. Eşitmə və görmə kimi mühüm
237
reseptorlara malik olan orta beyin, orqanizm üçün xarici mühitə qarşı daha mükəmməl cavab vermək imkanı yaradır. Orta beyin qırmızı nüvə sayəsində əzələ tonusunun paylanmasında iştirak edir.
Beyin sütununun üçüncü hissəsi olan ara beyin və uc beynin qabıqaltı mərkəzləri, instinkt deyilən mükəmməl və mürəkkəb aktları (refleksləri) təmin edir.
Uc beynin yarımkürələri meydana gəldikcə, heyvan və insan fərdə məxsus mürəkkəb şərti reflekslər qazanır və psixi fəaliyyət kəsb edir.
Bundan sonra ali sinir fəaliyyətində, ancaq insan üçün səciyyəvi olan ikinci qabıq siqnal sistemi meydana gəlir. Bu, başqa sistemləri özünə tabe edib insanın mürəkkəb reaksiyalarını tənzim edir.
Embrional inkişaf prosesində ara beyin, sinir borusunun ön beyin qovuqcuğundan əmələ gəlir. Ön beyin qovuqcuğu əvvəlcə iki hissəyə (ön və arxa) ayrılır. Ön tərəfdəki hissədən uc beyin və ya beyin yarım kürələri, arxa tərəfindəki hissədən isə ara beyin əmələ gətirir. Embirional inkişaf sonuna qədər ara beynin ayrıayrı törəmələrinə ayrılır.
İnsanda uc beyin, iki yarımkürədən ibarət olub, bütün beyin sütununu örtmüşdür. Beynin bütün başqa hissələri kimi yarımkürələr də boz maddədən təşkil olunmuşdur. Boz maddə bir tərəfdən səthdə toplanaraq yarımkürənin qabığını, digər tərəfdən ağ maddənin içərisində yerləşərək orada məhdud sinir hüceyrələr yığını əmələ gətirir ki, buna qabıqaltı törəmələr və ya düyünlər deyilir.
Ara beynin içərisində müəyyən boşluq vardır ki, buna üçüncü mədəcik adı verilir və orta beyindəki beyin suyolunun bilavasitə mabədini təşkil edir. Üçüncü mədəcik iki dəlik vasitəsilə yarımkürələrin içərisindəki boşluqlarla, yəni yan mədəciklərlə birləşir.
Beləliklə, onurğa beyninin daxilində olan mərkəzi kanal, uzunsov beyində genişlənərək dördüncü mədəciyi, orta beyində yenidən daralaraq beyin suyolunu, ara beyində yenidən genişlənib, üçüncü mədəciyi və nəhayət, iki dəlik vasitəsilə beyin yarımkürələrinə keçərək yan mədəcikləri təşkil edir.
Üçüncü mədəciyin yan divarlarında iki böyük boz maddə yığını vardır. Boz maddədən – görmə qabarları və ya talamus (thalami optica), məməciyəbənzər cisim, hipotalamus və ya
238
qabaraltı sahə əmələ gəlir. Görmə qabarları, vəziyyəti və inkişafı etibarilə onurğa beyninin arxa buynuzlarına müvafiq olub hissi vəzifə daşıyır. Görmə qabarları mürəkkəb quruluşa malikdir.
Görmə qabarlarının arxa tərəfi yastıq adlanan törəməyə məxsusdur, onun altında daxili dizəbənzər cisim, üstündə isə xarici dizəbənzər cisim yerləşmişdir. III mədəciyin üzərində beyin çəpkəni, əsasında isə epifiz – epitalamus yerləşir. Əsas törəmələri talamus və hipotalamusdur.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin