Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Zolaqlı cismin funksiyası



Yüklə 31,99 Mb.
səhifə126/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Zolaqlı cismin funksiyası. Mühüm qabıqaltı mərkəzlərdən biri də zolaqlı cisimdir.
Zolaqlı afferent impulslar cismə talamusdan və beyin qabığından gəlir. O, öz efferent impulslarını solğun nüvəyə göndərir. Zolaqlı cisim funksiyasını nizamlayan mühüm effektor mərkəzdir. İnsanda zolaqlı cismin solğun nüvəyə ləngidici təsiri nəticəsində və ya zədələndikdə atetoz – ətrafların ritmik stereotip hərəkətləri və xoreya – güclü və düzgün olmayan hərəkətlər baş verir.
Təcrübələrdən müəyyən olunmuşdur ki, burada həmçinin maddələr mübadiləsini, istilik və vazomotor reaksiyalarını tənzim edən ali vegetativ koordinasiya mərkəzləri də yerləşir. Zolaqlı cisim özünün hipotalamusla əlaqəsi sayəsində vegetativ sinir sistemi vasitəsilə innervasiya olunan üzvlərə təsir göstərə bilir.
Solğun nüvənin funksiyası. Aralıq beynə bitişik nüvələrdən biri solğun nüvə yaxud palliumdur. Solğun nüvə hərəki funksiyaları yerinə yetirir. Onun qıcıqlandırılması boyun, ətraf və gövdə əzələlələrinin əks tərəfə yığılmasına səbəb olur. Bu nüvə afferent impulsları talamusdan alır, efferent liflərini orta və arxa beyinə göndərir.
Onun mühüm funksiyalarından biri də özündən aşağıda yerləşən nüvələri, xüsusilə orta beynin qırmızı nüvəsini tormozlandırmasıdır. Solğun nüvə qırmızı nüvəyə öz tormozlayıcı təsirini göstərə bildikdə skelet əzələlərinin tonusunu həddən artıq
241
yüksəldir. Solğun nüvənin qıcıqlandırılması, skelet əzələlərinin yığılmasını ləngidir. Bu isə onun orta beynin qırmızı nüvəsi ilə əlaqədar olduğunu göstərir.
Solğun nüvəsi zədələnmiş xəstələrdə bir sıra mürəkkəb aktlar itir, onlarda qəfildən verilən səsə, yaxud işıq qıcığına qarşı müdafiə reaksiyası müşahidə olunmur.

6.20. Beyin sinirlərinin vəzifələri


Beyindən çıxan (şəkil 6.29) 12 cüt sinirdən birinci cütü, yəni qoxu və ikinci cüt görmə sinirləri, mənşəyi və inkişafı etibarilə başqalarından fərqlənir. Görmə sinirləri beynin çıxıntısı xarici mühitə açılan pəncərəsi olduğu halda, qoxu siniri xüsusi qoxu çuxurunun böyüməsindən əmələ gəlir.


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin