[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Limbik sistemin funksiyası. Limbik sistem beyin yarımkürələrindən başlayaraq aralıq beynə, hətta orta beynə qədər yayılmış geniş bir sahəni əhatə edir. Limbik sistemə hippokamp, parahippokampal qırışıq, qurşaq və qoxu payının filogenetik cəhətdən köhnə törəmələri, alın və gicgah paylarının alt hissələri və badamcıq aiddir. Limbik sistemin tərkibinə daxil olan qabıqaltı törəmələrə badamcıq (amiqdal), septal nüvələr, talamusun və hipotalamusun öz nüvələri (perioptik sahə) və mamillyar cisimcik aiddir.
Limbik sistemə aid edilən bu törəmələr həm öz aralarında, həm də beynin digər şöbələri ilə mürəkkəb qarşılıqlı əlaqədədir. Ona görə də, onları şərti olaraq ayrıca sistem halında birləşdirmişlər. Qabıq və qabıqaltı limbik törəmələr hipotalamus və mamillyar cisimlər vasitəsilə orta beyinlə əlaqələnir (şəkil 6.30).
248
Şəkil 6.30. Limbik sistem. A-limbik sistem dövrəsi: 1-qurşaq qırışığı; 2-döyənək cismi; 3-mərkəzi şırım; 4-təpə payı; 5-mahmız şırımı; 6-ənsə payı; 7-hippokamp; 8-hippokampönü qırışıq; 9gicgah payı; 10-Qarmaq; 11-badamcıq; 12-qoxu soğanağı; 13-ön bitişmə; 14-alın payı. B-limbik sistemin afferent və efferent əlaqələri. OBLS – orta beynin limbik sistemi: 1-qurşaq qırışığı; 2-ön talamus; 3-qurşaq; 4-tağ; 5-terminal xətt; 6-hippokamp; 7hippokampönü qırışıq; 8-gicgah qabığı; 9-məməcikli cisim; 10badamcıq; 11-hipotalamus; 12-uc beyinin medial dəstəsi; 13-qoxu soğanağı; 14-arakəsmə; 15-alın qabığı (C.Dudel və b.1985)
Limbik sistemin əsas törəmələri hippokamp və amiqdaladır. Hippokampa, hətta limbik sistemin «ürəyi» də deyilir. Amiqdalektomiya məruz qalmış meymun sürünün digər üzvlərindən kənarlaşır, onlardan qaçır, narahat və iradəsiz olur.
Limbik sistem hər fərd üçün xüsusi fizioloji əhəmiyyət qaza-
249 nır, onun məqsədyönlü davranışını müəyyən edir, daim dəyişilən xarici mühit şəraitinə uyğunlaşmasını asanlaşdırır. Limbik sistem visseral, somatik və endokrin reaksiyalara da tənzimləyici təsir göstərir.