Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Yarımkürələrin boz və ağ maddəsi



Yüklə 31,99 Mb.
səhifə131/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Yarımkürələrin boz və ağ maddəsi. Beynin yarımkürələrinin səthi boz maddə ilə örtülmüşdür. Ona beyin qabığı (korteks) deyilir. Qabığın altında ağ maddə vardır. Yaşlı adamda onun qalınlığı orta hesabla 2,5-3 mm-ə bərabər olur.
Qabıq beyində neyronların ən çox toplaşdığı yerdir. Təxminən hesablamalara görə burada 12-20 milyarda qədər neyron vardır. Qabıqda qlial hüceyrələr bundan təxminən 10 dəfə çoxdur.
Hər yarımkürədə alın, təpə, gicgah, ənsə və adacıq paylarından başqa limbik və hippokamp payları da ayırd edilir.
Beyin yarımkürələrinin qabığı quruluş və funksiyasına görə seçilən 52 əsas sahəyə bölünür (şəkil 6.32). Bəzi müəlliflərə görə yaşlı adamın beyin yarımkürələri qabığında 200-ə qədər müxtəlif sahə ayırmaq olar. Hər bir qabıq sahəsi orqanizmin bu və ya digər
252
funksiyasının qabıq «nümayəndəliyini» təmsil edir. İ.P.Pavlov qabığa, müxtəlif analizatorların toplusu kimi baxırdı. Dəri və əzələoynaq hissiyyatı yarımkürələrin mərkəzi şırımı boyunca uzanan ön mərkəzi qırışıqdakı 1, 2, 3 və qismən 5 və 6-cı sahələrlə bağlıdır. Arxa mərkəzi qırışıqdakı 6, 8, 9 və 10-cu sahələr dəri və əzələoynaq aparatının hərəki mərkəzləri sayılır. Mahmız şırımının hər iki tərəfində yerləşən 17, 18 və 19-cu sahələr görmə mərkəzləri, yuxarı gicgah qırışığını və köndələn qırışığın ön hissəsini əhatı edən 41-ci sahə eşitmə, ona yaxın olan 37-ci sahə isə müvazinət hissi mərkəzi hesab edilir. Alın, gicgah və təpə payları sərhədlərində yerləşən 42, 22, 44, 39 və 40-cı sahələr insanda nitq fəaliyyəti ilə bağlıdır.
Beyin qabığının quruluşu. Qabıq mikroskopik quruluşla, hüceyrələrin və liflərin yerləşməsində yüksək nizamlılıqla səciyyələnir (şəkil 6.33).

Şəkil 6.33. Beyin qabığında neyronların (A) və sinir liflərinin (B) yerləşməsi sxemi (soldakı rəqəmlər qabıq təbəqələrin nömrəsini göstərir).
253
Ali məməlilərin və insanın yetkin beyin qabığında 6-7 təbəqə vardır. Onlar aşağıdakılardır:

  1. Xarici molekulyar təbəqə. O, xırda və seyrək hüceyrələrdən və üfüqi vəziyyətdə sıx yerləşən sinir liflərindən əmələ gəlmişdir.

  2. Xarici dənəli qat. Burada çoxlu dairəvi, üçbucaq, çoxbucaq şəkilli xırda hüceyrələr toplaşmışdır.

  3. Piramidal təbəqə. O, kiçik, orta və iri piramidal hüceyrələrindən əmələ gəlmiş üç yarımtəbəqəyə ayrılır.

  4. Daxili dənəli qat. O, qabığın hərəki sahələrində zəif, hissi sahələrində, xüsusilə görmə qabığında, yaxşı inkişaf etmişdir.

  5. İri piramidal neyronlar təbəqəsi. Bu təbəqədən beyin qabığının səthinə və qabıqaltı sahəyə doğru çoxlu miqdarda yoğun sinir lifləri gedir.

  6. Müxtəlif formalı neyronlar təbəqəsi. Buradan çıxan neyron çıxıntıları yarımkürələrin ağ maddəsinə doğru uzanır.

  7. İyvarı neyronlar təbəqəsi. Bu təbəqənin neyronlarının lifləri 1-ci təbəqəyə, qabıqaltı və beyin sütunu mərkəzlərinə daxil olur.


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin