Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə138/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 6.38. Vegetativ (avtonom) sinir sisteminin sxemi - parasimpatik (A), simpatik (B): 1-simpatik sistemin yuxarı boyun düyünü, 2-onurğa beyninin yan buynuzu; 3-yuxarı boyun ürək siniri; 4-döş ürək və ağciyər siniri; 5böyük daxili sinir; 6-Günəş və qarın kələfi; 7-aşağı musariqə kələfi; 8-yuxarı və aşağı qarın kələfi; 9-kiçik daxili sinir, 10-beldaxili sinir; 11-omadaxili sinir; 12-oma parasimpatik düyün, 13-çanaq daxili sinir; 14-çanaq
(parasimpatik düyünü); 15-parasimpatik düyün (orqan kələflərinin
264
tərkibində); 16-azan sinir; 17-qulaq (parasimpatik) düyünü, 18-çənəaltı (parasimpatik) düyün, 19-xəlbir dammar (parasimpatik) düyünü; 20kirpikcikli (parasimpatik) düyün; 21-azan sinirin dorzal düyünü, 22-aşağı tüpürcək ifrazı nüvəsi; 23-yuxarı tüpürcək ifrazı, 24-gözün hərəki sinirinin əlavə nüvəsi. Sinir impulslarının orqanlara gedən yolu xətlərlə göstərilib.
Bəzi zəhər və hormonların üzvlərə göstərdikləri təsir simpatik sinirlərin, bəziləri isə parasimpatik sinirlərin təsirinə oxşayır. Birincilərə simpatikomimetik, ikincilərə isə parasimpatikomimetik maddələr deyilir.
Simpatikomimetik maddələrdən adrenalini göstərmək olar. Bu hormonun tər vəzlərindən başqa göstərdiyi təsir tamamilə simpatik sinirlərin üzvləri göstərdiyi təsirə oxşayır.
Parasimpatikomimetik maddələrdən muskarini, fizostiqmini, pilorakpini, sintetik preparat olan protiqmini və heyvan orqanizmlərində çox yayılmış olan xolini, onun törəməsi olan asetilxolini və histamini göstərmək olar, onlar parasimpatik sinir liflərinin göstərdiyi təsir kimi iş görür.
Parasimpatik sinir lifləri qıcıqlanarkən onların uc cihazlarında, sinapslarında asetilxolin əmələ gəlir. ona görə də bütün bu sinir liflərinə xolinergik sinirlər deyilir.
Asetilxolinin təsiri çox qısa müddət davam edir, çünki qanda və toxumalarda xolinesteraza deyilən xüsusi ferment vardır ki, bu ferment asetilxolini parçalayır. Ona görə də qıcıq kəsilərkəsilməz, asetilxolinin təsiri də dərhal ortadan çıxır.
Simpatik sinirlər qıcıqlanarkən o sinirlərin uclarından simpatin deyilən mediator ifraz olunur.
Bu mediator kimyəvi tərkibi etibarilə adrenalinə yaxındır.
Tər vəzlərinin sinirlərindən başqa bütün düyünsonrası sinir liflərinin uclarında simpatin əmələ gəlir.
Simpatin üzvlərə adrenalin kimi təsir göstərdiyindən və kimyəvi tərkibi etibarilə ona yaxın olduğundan, düyünsonrası simpatik sinirlərə və onların uclarına adrenergik sinirlər adı verilir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin