Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Hormonların sintezi və parçalanması. Hormonların sintezi



Yüklə 31,99 Mb.
səhifə144/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Hormonların sintezi və parçalanması. Hormonların sintezi. Lipid və tireoid hormonların sintezinə onların funksiyalarında baxılacaq. Zülal və peptid təbiətli hormonlar m-RNT-dəki məlumatın translyasiya yolu ilə Holci aparatında sintez olunurlar.
Bu hormonların sintezi bədənin digər zülallarının sintezindən heç nə ilə fərqlənmir. Lakin qeyd etmək lazımdır ki, fərqli olaraq
276
hormon bioloji aktiv normada yaranmır o, hormonun preproformaları adlanan daha iri qeyri-aktiv molekul şəklində sintez olunur. Hormonun özündə (əlavə) amin turşu qalıqlarından başqa əlavə qalıqlar olur ki, bunlar postranslyasion prosessinq adlanan mərhələdə fermentlər tərəfindən parçalanır. Sonda hormon qranulalarda toplanır və onlarda sekresiya üçün hazır şəkildə saxlanılır.
Hormonların parçalanması. Zülal və peptid hormonlar orqanizimdə 2 müxtəlif mexanizmlərin köməyi ilə asanlıqla tez parçalanırlar. Bu mexanizmlər aşağıdakılardır:
l) Bir çox hormon molekulları (qanda olan) heç vaxt reseptorlarla qarşılıqlı əlaqəyə girmirlər. Müxtəlif orqanlarda (qaraciyər, ağciyər, beyin, böyrəklər) ferment sistemi mövcuddur ki, bunlar peptid və zülal hormonlarınm parçalanmasını təmin edir. Hormonun reseptorla birləşməsi dönəndir. Reseptorla birləşmiş hormon son nəticədə ondan ayrılır və fermentativ parçalanmaya məruz qalır.
2) Bəzi hormonlar reseptorla qarşılıqlı əlaqəyə girəndən sonra hədəf hüceyrənin özünün daxilində parçalanmaya məruz qalır.

7.3. Endokrinologiyanın yeni aspektləri


Hormonların parokrin təsiri. Ayrıca hormonal sistemlərə keçməzdən əvvəl bir neçə məsələni aydınlaşdıraq. Hormonlar – sekretor hüceyrələr tərəfindən hazırlanan və qana buraxılan kimyəvi məlumat daşıyıcılarıdırlar. Bunlar qanla hədəf orqanlarına çatdırılır. Hədəf orqanın xarakterik əlaməti hormonda kodlaşdırılan məlumatı «oxumaq», «saymaqdır». Bəzi hallarda informasiyanı «sayan» hüceyrələr hormonun sintez olunduğu hüceyrənin yaxınlığında yerləşir. Bu halda hormon qana buraxılmadan hüceyrəarası mayedən hədəf hüceyrəsinə diffuziya olunur və qana daxil olmadığı üçün hormon sayılmır. Haçan ki, məlumat daşıyıcıları qonşu hüceyrələrə təsir edir, onları parakrin və ya yerli təsir hormonları adlandırırlar. Bəzən onları toxuma hormonları da adlandırırlar. Əvvəllər bu adlandırma prostoqlandinlərlə aparılırdı.
277
Çünki onlar da bu cür təsir edirlər. İndi biz bilirik ki, klassik hormonlar da parakrin yolla təsir edə bilər və buna görə toxuma hormonları adlandırıla bilər. Şəkil 7.6-da hormonal və parakrin tənzimləmə arasında müqayisə göstərilmişdir. Parakrin hormonlara klassik neyromediatorları da aid etmək olar. Fərq ondan ibarətdir ki, 2-ci halda kimyəvi məlumatın mənbəyi daxili sekresiyanın ixtisaslaşmış hüceyrələri deyil, sinir hüceyrələridir. Neyromediatorlar qana daxil olduqdan sonra dar sinaptik boşluqdan postsinaptik membrana diffuziya edirlər. Postsinaptik membranda neyromediator hormon kimi spesifik reseptorla birləşir.


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin