Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Kalsium və fosfor mübadiləsinin hormonal tənzimlənməsi



Yüklə 31,99 Mb.
səhifə152/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   148   149   150   151   152   153   154   155   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Kalsium və fosfor mübadiləsinin hormonal tənzimlənməsi. Qalxanabənzər ətraf vəzilərdə əmələ gələn parathormon – yüksəkmolekulyarlığa malik zülallı birləşmədir (m.m.=650 000). Orqanizmdə parathormonun tərkibindən, yəni qalxanabənzər ətraf vəzilərin fizioloji fəallıq səviyyəsindən P və Ca qanda konsentrasiyasından asılıdır. Parathormonun təsiri altında qanda Ca2+ ionunun miqdarının çoxalması və sümük toxuması ilə dişlərdə azalması baş verir. Parathormon sümük maddəsini dağıdan hüceyrələrin – osteoklastların miqdarını artırır, bunun nəticəsində qana külli miqdarda Ca2+ ionu daxil olur. Buna görə də orqanizmdə parathormonun miqdarının çoxalması zamanı (vəzi toxumasının inkişafı zamanı baş verən), fibrozlu astitsümüklərdə mineral maddələrin miqdarının tamamilə azalması inkişaf edərək, onlarda Ca2+ ionlarının kəskin şəkildə azalmasının nəticəsi kimi sümüklər ilə dişlərin yumşalması müşahidə olunur. Əksinə, qalxanabənzər ətraf vəzilərin hormonal funksiyasının xroniki çatışmamazlığı zamanı sümüklərdə Ca2+ ionu qalığının çökməsi baş verərək, bunun nəticəsi kimi sümüklərin yoğunlaşması və onların kövrəkliyinin kəskin şəkildə artması baş verir.
293
Ca2+ ionunun sümüklər ilə dişlərdən qana keçməsinə şərait yaradan parathormon qanda Ca2+ miqdarının azalmasına cavab olaraq qalxanabənzər ətraf vəzidə hasil olunur. Ca2+ ionunun konsentrasiyasının 1 mq% azalması parathormonun ifraz olunması üçün adekvat siqnala çevrilir. Fosfatların miqdarının çoxalması bilavasitə deyil, Ca2+ ionunun tərkibində müvafiq dəyişikliklər vasitəsilə analoji təsir göstərir. Qalxanabənzər ətraf vəzilərin ekstirpasiyası zamanı orqanizmdə Ca2+ ionunun miqdarının kəskin şəkildə azalması baş verir. Qanda Ca2+ ionunun miqdarının kəskin şəkildə çoxalması zamanı isə qalxanabənzər vəzi sümüklərdə Ca3 (PO4)2 çökməsini stimullaşdıran kalsitonin ifraz edir. Qanda Ca2+ ionu miqdarının 0,5 mq% artması qanda Ca2+ ionunun konsentrasiyasını azaldan kalsitoinini sekresiyasına şərait yaradır.
Qalxanabənzər ətraf vəzinin fəaliyyəti ilə qanda kalsiumun miqdarı arasında iki tərəfli əlaqə vardır. Belə ki, qanda Ca miqdarının artması, parathormonun miqdarının azalmasına, bu azalma isə onun miqdarının çoxalmasına səbəb olur.
Deməli, orqanizmdə Ca2+ ionunun tərkibinin hormonal şəkildə tənzimlənməsini növbəti cür təsəvvür etmək mümkündür. Qanda Ca2+ ionunun miqdarının azalması qalxanabənzər ətraf vəzilərin fəallaşması ilə nəticələnir. Parathormonun təsiri altında sümük toxumasının dağılması, Ca2+ ionunun sümüklərdən təmizlənməsi və onların qana daxil olması baş verir. Qanda Ca2+ ionunun qatılığının çoxalması əks proses – Ca2+ ionunun sümük toxumasına qayıdışını doğuran kalsitoninin hasil olunmasına dair siqnal kimi çıxış edir. Antaqonist hormonların təsiri altında Ca2+ ionunun qanda toplanması və onun sümük toxumasında tərkibi normal fizioloji hüdudlarda qorunub saxlanılır.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin