Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Böyrəküstü vəzilərin beyin maddələrinin endokrin funksiyası



Yüklə 31,99 Mb.
səhifə155/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   151   152   153   154   155   156   157   158   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Böyrəküstü vəzilərin beyin maddələrinin endokrin funksiyası. Xromaffin toxumadan təşkil olunan böyrəküstü vəzilərin beyin maddəsi orqanizmin bir sıra fizioloji sistemlərinə, ilk növbədə isə qan dövranı orqanlarına tənzimləyici təsir göstərən adrenalin və noradrenalin hormonunu sintez edir. Adrenalin və noradrenalin katexolaminlər qrupuna daxil olaraq, tirozinin amin turşusunun dekarboksilazalaşması nəticəsində əmələ gələn aminlərdirlər. Hər iki hormon ürəyə, qan damarlarına, saya əzələlərə, karbohidrat mübadiləsinə təqribən eyni cür təsir göstərirlər. Adrenalin və noradrenalin qlikogenin qlükozaya çevrilməsinə yardım edir.
Onların arasında bəzi fərqli cəhətlər mövcuddur: noradrenalin bəzi orqanların kapilyarlarının, damar divarlarının əzələ təbəqələrini fəallaşdırır. O, adrenalindən fərqli olaraq miokardin oyanmasını artırmayaraq, həm sistolik, həm də diastolik qan təzyiqinin çoxalmasına səbəb olur. Adrenalin əsas mübadiləni sürətləndirir, tüpürcək və göz yaşı vəzilərinin, qida borusunun və tənəffüs yollarının selikli vəzilərinin ifrazını stimullaşdırır.Ürəyə müsbət inotrop, xroponotrop, dromotrop və batmotrop təsir göstərib, kiçik arteriya və arteriolların daralmasına səbəb olaraq, arterial qan təzyiqini artırır. Emosional gərginlik, stress zamanı böyrəküstü vəzilərin beyin maddəsindən adrenalin ifraz olunur.
Böyrəküstü vəzilərin beyin maddəsində hormonların sekresiyası yalnız simpatik sinir sistemi vasitəsilə tənzimlənir.
Adrenalin və noradrenalin katexol törəmələri olduqları üçün birlikdə katexolaminlər adlanırlar. Onlar həm də simpatomimetik aminlər adlanırlar. Qanda və toxumalarda simpatomimetik amilləri aminooksidaza fermenti parçalayır. Adrenalin ifrazını tənzim edən mərkəz hipotalamusda yerləşir. Onu dağıtdıqda adrenalin ifrazı azalır, qıcıqlandırdıqda isə artır. Qanda şəkərin miqdarı artdıqda hipotalamus vasitəsilə böyrəküstü vəzidən adrenalin ifrazı azalır; insulin ifrazı isə çoxalır və qlükozanın
297
qaraciyər hüceyrələrinə keçiriciliyin artması nəticəsində qlikogenə çevrilir. Əksinə, az olduqda adrenalin ifrazı nəticəsində qanda şəkərin miqdarı əks əlaqə sistemi vasitəsilə bərpa olunur.
Böyrəküstü vəzilərin beyin maddəsinin hiperfunksiyası –zamanı qanda adrenalinin miqdarı artır, nəticədə arterial təzyiqin kəskin şəkildə çoxalmasına, dəri örtüklərinin solması, taxikardiya, titrəmə, ümumi zəiflik müşahidə olunur. Xromaffinli toxumaya orqanizmin müxtəlif vəzilərində rast gəlindiyindən hipofunksiya insanda və heyvanda müşahidə olunmur.
Katexolaminlər tirozin amin turşusundan sintez olunan noradrenalin simpatik sinir sisteminin postsinaptik neyronlarının neyromediatoru olub, presinaptik mediatoru asetilxolindir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin