Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə160/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Farmokoloji aspektləri. Qlükokortikoid təsirinə malik olan maddələr müasir dövrdə dərman preparatları kimi işlədilir. Onların təsirinin farmakoloji və fızioloji əsaslarını bilmək lazımdır. Qlükokortikoidlərin orqanizmdə artıq miqdarda yaranması və ya onu çoxlu miqdarda vurduqda yuxarıdakı effektlər gücləşmiş formada görünəcək. Zülalların parçalanması əzələ distrofiyasına, sümüklərdə zülal matriksinin dağılması isə patoloji vəziyyətə – osteoporoza gətirə bilər. Bununla əlaqədar olaraq qlükozanın yaranması, onun qanda qatılığı artır, nəticədə onlar qaraciyərdə qlikogenə çevrilirlər. Belə ki, bu proses
305
insulinin miqdarı kifayət qədər olduğu vaxt optimal gedir, insulinin sekresiyası qlükokortikoidlərdə zəiflədilir. Qlükokortikoidlərin orqanizmdə yüksək səviyyəsi nəticəsində orqanizmdə perediabetik (diabetdənəvvəlki) inkişaf baş verir.
Iltihaba qarşı əks təsiri. Bütün qlükokortikoidlər xəstəlik proseslərinin inkişafının zəifləməsinə bir neçə yolla təsir edir. İstənilən xəstəlik 3 simptomla müşahidə olunur: l) Qızartı-xəstə sahəyə qanın çoxlu axması ilə yaranır. 2) Şişkinlik – xəstə sahədə kapilyarların keçiriciliyinin artması və hüceyrə arası sahəyə mayenin daxil olması ilə yaranır. 3) Ağrı hissi – bu iki prosesin nəticəsində toxumaların qıcıqlanmasından yaranır. Bütün bu 3 simptom qlukokortikoidlərin təsiri ilə aradan qaldırılır.
Bununla yanaşı qlükokortikoidlər antitellərin yaranmasını zəiflədir ki, bu da orqanizmin infeksiyaya qarşı müdafiə reaksiyasının pozulmasına gətirir. Azmüddətli stress zamanı bu effekt nəzərə çarpmayandır. Ancaq kortizolun yüksək səviyyəsinin uzunmüddətli saxlanılması zamanı bu aydın görünür. Qlükokortikoidlərin bu təsiri klinikada orqanizmin allergik reaksiyasının aradan qaldırılmasında və transplantatların immun təsirinin qarşısının alınmasında istifadə olunur. Qlükokortikoidlərin sadalanan effektləri onu izah edir ki, qlükokortikoid təsirə malik dərman preparatları tibdə geniş tətbiq olunur. Bu preparatları təyin edərkən həkim nəzərə almalıdır ki, qlükokortikoidlər iltihabi prossesi zəiflətməklə yanaşı orqanizmin müdafıə reaksiyasını (immuniteti) zəiflədir. Qlükokortikoidlər xəstəliyin yalnız simptomlarını aradan qaldırır və bakteriosid təsirə malik deyil və onların istifadəsi zamanı bakterial infeksiya «maskalana» bilər. Ona görə qlükokortikoidlər qəbul edən xəstə nəzarət altında saxlanmalıdır. Qlükokortikoidlərin digər arzuolunmayan əlavə təsirlərinə aşağıdakılar aiddir: mədə xorasının sağalması zamanı və ya toxumaların digər daxili zədələnməsi zamanı yaranan qaysağın yaranmasını tormozlayır. Bundan əlavə qlükokortikoidlər mədədə duz turşusunun (NaCl) sekresiyasını stimulə etdiyinə görə mədə xorası olan xəstələrə qəbul etmək olmaz.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin