Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə165/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 7.15. Adacıq hüceyrələrinin fəallığının tənzimi.
312
Cədvəl 7.1
Mədəaltı vəzinin hormonları və onların mübadilə proseslərinə təsiri

Vəz

Hüceyrələri

Hormonları

Təsir yeri

Fizioloji effekti



β-betta

insulin

bütün orqanizm

Orqanizmin bütün hüceyrələrində qlükozanın mənimsənilməsini tənzim edir, sinir hüceyrəsi müstəsnalıq təşkil edir.




α-alfa

qlükaqon

qaraciyər

Qlükogenin qlükozaya çevrilməsini təmin edir.

γ-qamma

samostostatin

hipofiz və digər toxumalar

Boy hormonun, insulin, qlükaqon, mədə-bağırsaq traktının peristatikasını












zəiflədir. Həzm sisteminin aktivliyini zəiflədir.

vəzi axacaqlarının epitelindən

lipokain

qaraciyər

Yağ turşularının oksidləşməsini
mənimsənilməsini təmin edir


vaqotonin

MSS, sümük sistemi

Parasimpatik S.S. fəal eretropoezi təmin edir.


sentropenin

Tənəffüs mərkəzini oyadır, bronxları genəldir

Bronxları genəldir, oksigenin daşınmasını artırır.


kallikrein

Əzələ, dəri, qaraciyər

Arterial və kapilyarların mənfəzinin genəldir.



retardin


Hiperfunksiyasında fəaliyyətini ləngidir.

7.11. Insulin. Kimyəvi quruluşu və qanda şəkərin səviyyəsinə təsiri
Mədəaltı vəzinin beta hüceyrələrində yaranan insulin iki zəncirdən ibarət polipeptiddir. A zənciri 21 amin turşu qalığından ibarətdir və 30 amin turşusundan ibarət B zənciri ilə disulfid körpücüyü ilə birləşir. Müxtəlif növ heyvanların insulini amin turşu tərkibinə görə yalnız azca fərqlənir və eyni bioloji təsirə malikdirlər. İnsulinin qanda miqdarı normada 0,8-1,0 q/l-dir. Kar-
313
bohidrat qəbul etdikdən sonra qanda şəkərin səviyyəsinin artması insulinin mədəaltı vəzindən qana xaric olmasına səbəb olur. İnsulinin təsiri ilə orqanizmin, demək olar ki, bütün hüceyrələri tərəfindən qlükozanın udulması artır və onun qanda qatılığı yenidən azalır.
Qlükozanın normal qatılığında (təxminən 100 mq/100 ml) plazmada insulin demək olar ki, praktiki olaraq tapılmır, ancaq qanda şəkərin miqdarının artması ilə insulinin qatılığı fizioloji şəraitdə birdən qalxır.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin