Şəkil 7.29. Hipofizin ön payının hipotalamusla damar əlaqəsi (A) və
338 hipofizin arxa payının hipotalamusla sinir əlaqəsinin (B) sxemləri: 1ara beyin; 2-mamilyar cism; 3-görmə siniri çarpazı; 4-hipofizin ön payı; 5-hipofizin arxa payı; 6-hipotalamusun paraventikulyar nüvələri; 7-supraoptik nüvə; 8-hipotalamo-hipofizar trakt; 9-arteriya; 10-ilk kapilyar tor; 11-hipotalamo-hipofizar qapı venası.
Hipofizin ön payı digər endokrin vəzilərin işini tənzimləyən bir sıra vacib hormonal maddələr ifraz edir (şəkil 7.30).
Şəkil 7.30.I-böyrəküstü vəzin qabıq maddəsi, II-qalxanabənzər vəzi, III-toxumluq, IV-yumurtalıq, V-süd vəziləri, VI-sümüklər, VII-süd vəziləri və uşaqlıq boruları, VIII-böyrəklərin süzmə borucuqları. 1adrenokortikotropin hormon (AKTH), 2-Tiroid tənzimi hormonu (TTH), 3-qonadotropin hormonlar (FSH və LH), 4-qonadotropin hormanlar, folukultənzimedici hormon (FSH), lüteinləşdirici hormon (LH), 5-prolaktin (LTH), 6-böyümə hormonu (GH), 7-oksitosin, 8antidiüretik hormon (ADH).
Endokrin vəzilər isə öz növbəsində orqanizmdə həyat baxımından vacib prosesləri idarə etdiyindən hipofizdə əksini tapan pataloji proseslər orqanizmin fəaliyyətində baş verən əhəmiyyətli pozğunluqlar ilə nəticələnir. Hipofizin ön payının tam və yaxud qismən dağılması zamanı hipofizin trop funksiyalarının fəaliyyətdən düşməsinin nəticəsi kimi çıxış edən hipofizar yorğunluq başlanır.
339
Kişi və qadın cinsiyyət vəziləri qarışıq vəzilərdən olub orqanizmdə iki funksiyanı yerinə yetirirlər. Kişilərdə xarici sekresiya funksiyası ilə əlaqədar spermatogenez (sperma əmələ gəlməsi), qadınlarda isə ovagenez (yumurta hüceyrələrin əmələ gəlməsi) prosesləri baş verir. Bununla yanaşı, cinsiyyət vəziləri qana daxil olan cinsiyyət hormonları hazırlamaqla daxili sekresiya vəzi funksiyasını yerinə yetirir.
Cinsiyyət vəzilərinin hormon hazırlaması cinsi yetişkənlik yaşında – isti ölkələrdə 12-14, orta zonada 13-16, şimalda isə 1619 yaşlarında baş verir. Bu yaşlarda birinci və ikinci yetişkənlik əlamətləri üzə çıxır. Həm qadınların, həm də kişilərin cinsiyyət vəzilərinin ifraz etdikləri hormonlar iki qrupa bölünür: qadın cinsiyyət hormonları estrogenlər (oestrus - axıtma) və kişi cinsiyyət hormonları androgenlər (yunanca andros - kişi).