Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə181/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   177   178   179   180   181   182   183   184   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Kişi cinsiyyət vəziləri. İnsan və yaşlı heyvanlarda birinci cinsi əlamətlərə cinsiyyət üzvlərinə cüt orqan olan xayalıqlar xayanın kanallarından və onların sperma axan borucuqlarından, cinsiyyət artımı vəzilərindən (toxum qovcuqları, prostat vəzi) və xarici cinsiyyət orqanlarından, interstisial toxumadan təşkil olunmuşdur. İnsan orqanizmində həm kişi, həm də qadın cinsiyyət hormonları hazırlanır. Cinsi yetişkənlik yaşına çatmış oğlanlarda cinsiyyət vəzilərində spermatazoidlər əmələ gəlir. İkinci cinsi əlamətlər dedikdə kişiləri qadınlardan fərqləndirən xüsusiyyətlər başa düşülür. Kişilərdə bığ və saqqalın çıxması, səsin kobudlaşması, tüklənmə, ətrafın uzun olması, gövdənin uzun, həmçinin psixi vəziyyətin və davranışın dəyişməsi aid edilir.
Cinsiyyət vəzilərinin hormonlarının orqanizmin cinsini müəyyən etmək xoruz və toyuq üzərində aparılan təcrübədən müəyyən etmək olar. Belə ki, kastrasiyadan sonra xoruzun toxumluğu, toyuğa, toyuğun yumurtalığı isə xoruza köçürülmüşdür. Bir müddətdən sonra xoruzun ala-bəzək tükləri tökülür, pipiyi kiçilir, davakarlığı itir, toyuğa oxşayır. Toyuqda isə xoruza xas olan əlamətlər inkişaf edir və o xoruza oxşayır. Hətta toyuqları gördükdə özünü xoruz kimi aparır.Yumurtalıq köçürülmüş erkək siçovullar, hətta siçovul balalarına süd verir.
342
Xayalarda kişi cinsiyyət hormonları androgenlər və cüzi miqdarda estrogenlər əmələ gəlir. Daha fəal androgen testosterondur. Androgenlərin təsiri altında orqanizmdə ikinci dərəcəli kişi cinsiyyət əlamətləri inkişaf edərək, müvafiq cinsi davranış formalaşır. Androgenlər ümumi maddələr mübadiləsinə də təsir edərək, bu baxımdan STH-nin fəaliyyətini tamamlamaqla yanaşı, toxumaların inkişafını sürətləndirərək, zülalların sintezini stimullaşdırırlar. Androgenlərin cüzi miqdarı spermatozoidlərin əmələ gəlməsi prosesini fəallışdırır.
Xayalıqların funksiyaları hipotalamusun hipofizin ön payının, qalxanabənzər vəzinin və böyrəküstü vəzi qabığının hormonlarının tənzimləyici təsiri altında olur. Hipotalamusun qapı venasına ifraz etdiyi rilizinq amillərin təsiri ilə hipofiz vəzin ön payı həm qadın, həm də kişi cinsiyyət vəzilərinin fəaliyyətinə təsir edən qonadotrop hormonlar – follikulu stimulə edən (FSH), lüteinləşdirici (LH) və prolaktin (PH) hormonlarını hazırlayır. Lakin kişi cinsiyyət vəzilərinin hormonal tənzimlənməsində həlledici rol hipofizar hormonlara: FSH və LH-a aid olur. FSH spermatogenezi, LH isə testosteronun əmələ gəlməsini stimullaşdırır. Xayalıqlar öz növbəsində hipofizə təsir göstərirlər.
Kastrasiya olunmuş heyvanlarda cinsiyyət vəzilərinin yeniləri ilə əvəz olunması orqanizmin bir çox pozulmuş funksiyalarının praktik şəkildə bərpa olunması ilə nəticələnir.
İnsanda cinsi yetişkənlik 5 dövrə bölünür:

  1. Uşaqlıq dövrü – oğlanlarda 10 yaşa, qızlarda 8 yaşa qədər davam edir.

  2. Yetişkənlik dövrü – oğlanlarda 10-14, qızlarda isə 9-12 yaşı əhatə edir. Qızlarda follikullar və qraf qovucuqları əmələ gəlməyə başlayır. Oğlanlarda sperma əmələ gəlir.

  3. Gənclik dövrü – oğlanlarda 14-18 yaşı, qızlarda isə 13-16 yaşı əhatə edir. İkinci cinsi əlamətlər sürətlə inkişaf edir. Onlar cinsi əlaqədə olmaq qabiliyyəti əldə edir. Qızlarda qraf qovucuqları yetişir və partlayır, aybaşı dövrləri baş verir.

  4. Qocalıq dövrü – qadınlarda 45-50, kişilərdə isə 60 yaşdan sonra başlayır. Buna cinsi qocalıq deyirlər. Klimaksteriya dövrün-

343
də qadınlarda aybaşı kəsilir (yaş amenoreyası), yumurtalıqların follikulları tədricən yox olur. Kişilərdə isə spermatazoidlərin fəaliyyəti zəifləyir, cinsi əlaqə çətinləşir.
Hermofrodizm adlanan xəstəliyə düçar olmuş insanlarda isə eyni bir bədəndə həm toxumluq, həm də yumurtalıq olur.
Cinsiyyət vəzilərinin fəaliyyəti sinir sistemi və hipofizin, həmçinin epifizin hormonları ilə tənzim edilir. Onlar çoxlu afferent və efferent sinirlərlə təchiz olunmuşdur. Lakin vəzilərin funksiyalarının reflektor tənzimi hələ mükəmməl öyrənilməmişdir.
Məlumdur ki, mərkəzi sinir sistemi normal cinsi fəaliyyətin təmin olunmasında mühüm rol oynayır. Məsələn, müsbət emosiyalar (şadlıq, sevinc) cinsiyyət hormonlarının ifrazını artırır, mənfi emosiyalar isə (qoxu, kədər, ağrı, iztirab) əksinə, azaldır. Hipotalamusun təsirindən hipofizin ön payı üç növ qonadotrop hormon-folikulu stimuləedən (FSH), liteninləşdirici (LH) və prolaktin hormonları hazırlayır.
FSH folikulların qraf qovuqcuğuna çevrilməsinə, spermatazoidlərin əmələ gəlməsinə, LH toxumluq və yumurtalıqda androgen və estrogenlərin sintezinə və partlamış qraf qovuqcuğunun yerində sarı cismin əmələ gəlməsinə səbəb olur. Prolaktin süd ifrazını tənzim edir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin