Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Epifiz (əzgiləbənzər) vəzinin daxili sekresiyası



Yüklə 31,99 Mb.
səhifə182/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   178   179   180   181   182   183   184   185   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

7.17. Epifiz (əzgiləbənzər) vəzinin daxili sekresiyası


130-201-ci illərdə yaşamış qədim Roma həkimi K.Qalenə, XVII əsrdə yaşamış fransız alimi R.Dekarta məlum olmasına baxmayaraq, bu sirli orqanın sirləri elm üçün hələ də ətraflı öyrənilməmiş qalır.
Epifiz baş beyinin III mədəcik damının 5-8 mm-lik çıxıntısı olub, məməlilərdə epifiz vəzi (əzgiləbənzər cisim), orta beyinin arxa hissəsində dördtəpəli cismin yuxarı təpələri arasında nisbətən dərində yerləşmişdir. O, heyvanlarda çoxlu funksiyalar yerinə yetirir. Filogenetik cəhətdən qədim heyvanlarda epifiz işığa qarşı həssaslığa malikdir və işığın sirkadion ritmlərinə təsirini təmin
344
edir. Epifiz vəzi vegetativ sinir sisteminin simpatik şöbəsi ilə tənzim olunur. Sümüklü balıqlarda, suda-quruda yaşayanlarda, sürünənlərdə epifiz başın təpə nahiyəsində yerləşir. Onun altında kəllə qapağında birləşdirici toxuma ilə örtülü dəlik vardır. Bu törəmə təpə gözü adlanır. Məməlilərdə işığın birbaşa təsiri ehtimal ki, II dərəcəli əhəmiyyətə malikdir, lakin onu nəzərə almamaq lazımdır ki, fotonlar vəziyə, hətta dəridən və kəllədən keçərək daxil ola bilərlər. Məməlilərdə də epifiz sirkadion ritmlərin tənzimində iştirak edir. İşıq tor qışa ilə qəbul olunur və bu informasiya sinir yollarilə vasitəsiz olaraq hipotalamusa (retinohipotalamik trakt) çatdırılır. Hipotalamusdan siqnallar neyronlar zəncirindən keçərək simpatik sinir sisteminin yuxarı boyun şöbəsinə daxil olur. Sonra yuxarı boyun düyünündən keçərək kəlləyə daxil olan qalxan simpatik liflərə qoşulur və epifiz onu innervasiya edir. Mövcud halda neyromediator simpatik innervasiyalı bütün strukturlarda noradrenalindir. Bu cür mürəkkəb yolla epifiz hüceyrələri işığın və qaranlığın, yəni gecə və gündüzün ritmik növbələşməsi haqqında məlumatı alır. Epifizin vacib məhsullarından biri melatonindir. Epifizin hormonu melatonin Yerin Günəş ətrafında fırlanması ilə koordinasiya olunan bioloji ritmlər (sutkalıq, aylıq, fəsil və illik ritmlər) sirkadion-sutkalıq ritmin tənzimində iştirak edir. Melatoninin sintezi və ifrazı işıqda azalır, qaranlıqda artır. Heyvanlarda melatoninin bir çox funksiyaları çoxalma ilə əlaqədardır. Melatonin (N-asetil-5-metooksitriptamin) qana və Likvora daha çox gecələr ifraz olunur. Melatoninin plazmada gecələr miqdarı 1-3 qr/ml, yaşlı uşaqlarda 250 pq/ml, yeniyetmələrdə – 120 pq/ml, 50-70 yaşlarında – 20 pq/ml olur. Eyni zamanda istənilən yaşda gündəlik miqdarı 7 pq/ml təşkil edir.
XIX əsrin sonunda oğlanda epifiz vəzinin şişi nəticəsində vaxtından əvvəl cinsi yetişkənlik müşahidə olunmuşdur. Elə bu illərdə uşaqları olmayan gəncin yuxarı simpatik düyününün epifizlə əlaqəsinə ləngidici təsir etdikdən sonra uşaqları olmuşdur. Heyvanlar üzərində aparılan çoxlu sayda təcrübələr epifiz vəzinin çoxalma ilə əlaqədar cinsi aparata ləngidici təsir göstərdiyi və bu
345
təsirin günün uzunluğundan asılı olduğu məlum oldu.
Epifiz vəzi heyvanlarda fotoreseptor funksiya daşımaqla ona ətraf mühitin işıqlanmasından asılı olaraq mühitdən bələdçiyə ilk dəfə 1959-cu ildə amerikan alimi dermotoloq Lernerin rəhbərlik etdiyi alimlər qrupu epifiz vəzinin qovuqcuqlarından dəriyə ağardıcı təsir göstərən (melatonin serotonindən, o isə triptofanamin turşusundan sintez olunur) və çox yüksək müalicəvi təsirə malik melatonin hormonunu sintez etdilər. Melatonin gözün torlu qişasında və bağırsaqlarda əmələ gəlir. Buradan aydın olur ki, epifiz vəzi yüksək fəaliyyət göstərən neyrosekresiya vəzisidir.
Melatonin məmlilərin cinsiyyət vəzilərinə təsir edərək cavan heyvanlarda cinsi yetişkənliyi ləngidir. Yaşlı dişi heyvanlarda isə yumurtalığın kiçilməsinə, estral dövrün ləngiməsinə təsir edir. Epifiz vəzinin hormonu melatoninin sintezi işıqda azaldığı üçün, quşlarda cinsi fəallıq fəsli xarakter daşıyır və günün uzunluğu uzun olan yazda və yayda cinsi fəallıqları artır. Bu isə özünü bala verməkdə, yumurta qoymaqda göstərir.
Beləliklə, epifiz vəzini ona simpatik sinirlə daxil olan məlumatları humoral amillərə çevirən neyroendokrin transduktor orqan kimi adlandırmağa əsas verir. Serotonin epifizdə gündüzlər daha çox sintez olunur, gecələr isə iki fermentin (HİOMT – hidrooksindolmetiltransferaza və asetil aniltransferaza) təsiri ilə melatoninə çevrilir.
Serotonin qan təzyiqini yüksəldir, MSS-də impulsların nəql olunmasında mediator rolu oynayır. Epifiz maddələr mübadiləsini, su, duz, karbohidrat mübadiləsini, digər endokrin vəzilərin fəaliyyətini hipotalamo-hipofizar-böyrəküstü vəzi sistemi vasitəsilə tənzimləyir – ləngidici təsir göstərir. Melatonin ürəkdamar, şiş xəstəlikləri, diabet, insult və s. xəstəliklərin müalicəsində effektli təsir göstərir.
Beləliklə, epifiz gecə və gündüzü işıqlanma ritmindən asılı olaraq orqanizmin uyğunlaşma prosesində iştirak edən bioloji saat rolunu oynayır. Melatoninin təsir mexanizmi aşağıdakı kimidir.
Torlu qişanın işıqlanmasının intensivliyinin dəyişməsi görmə yolu və əlavə ritinohipotalamik yolla hipotalamusun xiazma üstü
346
(restroventral hissəsinə) nüvəsinə verilir. Supaxiazmatik nüvədən siqnallar paraventikulyar nüvə vasitəsilə onurğa beyninin yan sütunlarının preqanqlionar simpatik neyronlarını aktivləşdirir (şəkil 7.29,B). Simpatik preqanqlionar lifləri simpatik sütunun yuxarı boyun düyününü fəallaşdırır. Yuxarı boyun düyününün postqanqlionar simpatik lifləri pinealositlərin plazmolemması ilə qarşılıqlı təsirdə olan noradrenalin sintez edir. Melatonin effekti zəif öyrənilsə də, melatoninin və hipofizdə period-1 (endogen saatla əlaqəsi olan geni) hipotalamus geninin transkripsiyasını insulə edir. Melatoninin reseptorları G-zülalı ilə əlaqəsi olan transmembran qlikoprotein-hipofizdə, xiazmaüstü nüvədə (Nsupraxiazmatikus) hipotalamus, torlu qişa, MSS-nin müxtəlif nahiyələrində və bir sıra orqanlarında mövcuddur.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin