Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Şəkil 8.2. Xemo və mexonoreseptorlarda sükunət və stimulyasiya zamanı ion kanallarının iş rejimləri. 354



Yüklə 31,99 Mb.
səhifə189/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   185   186   187   188   189   190   191   192   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 8.2. Xemo və mexonoreseptorlarda sükunət və stimulyasiya zamanı ion kanallarının iş rejimləri.
354
Sinir sistemində informasiyaların kodlaşdırılması. Reseptorlardan alınan məlumatlar mərkəzi sinir sisteminə afferent liflərlə sinir impulsları axını şəklində ötürülərək orada analiz olunur. Təbiidir ki, buradan belə bir sual meydana çıxır – orqanizmin aldığı məlumatlar nəticədə sinir impulsları şəklində MSS-də «kodlaşdırılır», «şifrələnir»?
İmpulslar MSS-nə «atəşlər» şəklində ötürülür. Eyni lifdən keçən ayrı-ayrı impulsların amplitudu və müddəti eynidir, lakin onların tezliyi və impulsların sayı atəşlərdə bəzən fərqli olur. Buradan belə bir nəticəyə gəlmək olar ki, hər hansı kiçik müddət ərzində sinir lifi impulsu ötürür və ya ötürə bilmir, yəni bu zaman sinir lifi ya oyanmış və ya oyanmamış olur. Belə güman edilir ki, sinir lifi impulsları ikili kodla: impulsların olması və ya olmaması ilə həyata keçir. Məlumatlardan impulsun əmələ gəlməsinin şərti forması kod adlanır. İkili kod iki rəqəmin 0 və 1 müxtəlif növ kombinasiyasıdır. Bundan məlumatları elektron-hesablayıcı maşınlarına verərkən istifadə edilir.
İnformasiyaların həcmi vahid zaman ərzində verilir, ikili vahidlə və ya bitlə müəyyən edilir.
Hər bir sinir lifinin saniyə ərzində ötürə biləcəyi impulsların miqdarını bilməklə, hər bir informasiyanın ötürücü kanalının tutumunu ölçmək olar. Əgər sinir lifi saniyədə 100 impuls ötürürsə, demək, 0,01 saniyə ərzində 1 ikili vahid informasiya keçir (yəni 1 impuls və 1 pauzanı o biri impulsdan ayıran informasiya), beləliklə, bir sinir lifi 1 saniyə ərzində 100 bit informasiya ötürür. Reseptorların xüsusiyyəti və qıcıqlandırmanın xarakterindən asılı olaraq bir atəşdə impulsların müxtəlif qruplaşmalarını nəzərə alaraq, hətta bir sinir lifi reseptora təsir edən müxtəlif qıcıqlanmalar haqqında geniş imkanlara malikdir.
Mühiti reseptorlar, ancaq müəyyən siqnalları qəbul etmək üçün «tarazlaşdığından», yəni bəzi reseptorlar üçün adekvat olan siqnalları qəbul etmələrinə baxmayaraq, onlara müxtəlif xarakterli siqnallar da çatır.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin