Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə192/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   188   189   190   191   192   193   194   195   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 8.3. 1. Burun pərləri, 2. Dodaq, 3. Sərt damaq, 4.Yumşaq damaq, 5.Xəlbir sənif, 6. Aşağı burun balıqqulağı, 7. Orta burun balıqqulağı, 8.Yuxarı burun balıqqulağı, 9. Pazabənzər burun boşluğu cibi, 10.Qoxu epitellisi və qoxu sinirləri, 11. Qoxu soğanağı, baş-beynin alın payı, 12. Alın cibi.
Burun boşluğunda uzunsov formalı qoxu reseptorları onun
361
epitel qişasında nazik qat üzrə yerləşmişdir. Yetkin qoxu hüceyrələri uzunluğu 20 mikrometrə, diametri 0,1-0,2 mikrometrə çatan kiprikciklər yavaş, amma qeyri-sinxron olaraq titrəyir.
Qoxu reseptorlarında heyrətamiz əlamətlərindən biri də budur ki, onların müxtəlifləşməsi (diferensasiyası) orqanizmin həyatının bütün dövrlərində davam edir. Bəzi it cinslərində qoxu reseptorlarının ümumi sayı 200 mln, dovşanda 100 mln, insanda 10 mln-a çatır.
Qoxu hüceyrələri (şəkil 8.4) bipolyar neyronlardır, diametrləri 5-10 mk-a bərabər olur. İtdə 125 milyon, insanda isə 60 milyon qoxu hüceyrəsi ayırd edilir.

Şəkil 8.4. Qoxu hüceyrələrinin quruluş sxemi.
İnkişaf edən qoxu hüceyrəsi öz qısa çıxıntısı-dendriti burnun selikli qişasının səthinə, uzun çıxıntısı-aksonu içəriyə göndərir və burada o digər aksonlarla qovuşur. Qoxu reseptorları hüquqi neyronlara aiddir və aksonlara malikdir. Qoxu neyronları ömür boyu fasiləsiz olaraq yeniləşən neyronlardır. Onların mərkəzi çıxıntıları (aksonlar) qoxu siniri əmələ gətirir və onurğalılarda ön beyində yerləşən ilkin hissi mərkəzinə-cüt qoxu soğanağına (bulbus olfactorius) daxil olur. Quyruqsuz amfibilərdə, balıq və quşların bəzi növlərində qoxu soğanaqları bir-birilə qismən və ya tam qovuşmuş şəkildə olur. Qoxu soğanağında qoxu
362
reseptorlarından bura daxil olan sensor informasiyaların yenidən işlənməsi prosesləri baş verir.
Qoxu soğanağı təkamül inkişafı baxımından baş beyinin ən qədim törəmələrindən biridir. Bəzi kisəli məmlilərdə qoxu soğanağı baş-beyin yarımkürələrinin ön hissəsinin böyük sahəsini əhatə edir, quşlarda və primatlarda az inkişaf etmişdir, balinaların bəzi növlərində (dişli balinalar və b.) qoxu soğanağı yoxdur.
Qoxu reseptorları, qoxu siniri və qoxu soğanağı birlikdə vahid ilkin morfofunksional sistem – qoxu sistemi və ya qoxu analizatorunu əmələ gətirir. Qoxu soğanağı qoxu sinirinin şaxələri vasitəsilə ön beyinə məxsus olan qədim qabıq (paleokorteks) törəmələri (limbika və s.), bəzi qabıqaltı mərkəzləri ilə əlaqədardır. Yeni qabıqda (neokorteks) qoxu analizatorunun ali nümayəndəliyi yoxdur.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin