Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Qoxu hissinin yaranması mexanizmi



Yüklə 31,99 Mb.
səhifə193/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   189   190   191   192   193   194   195   196   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Qoxu hissinin yaranması mexanizmi. Tədqiqatlar göstərmişdir ki, iyli maddələr qoxu reseptorlarını stimulə edir. Bundan ötrü iyli maddə əvvəlcə qoxu reseptorları yerləşən selikli qişa tərəfindən udulmalı və daha sonra qoxu reseptorlarının kiprikcikləri (dendritləri) ilə təmasa girməlidir. Bu halda iyli kimyəvi maddə molekulları qoxu reseptor hüceyrələrinin (faktiki olaraq qoxu neyronlarının) səth membranlarındakı reseptor xassələri molekulyar komplekslər (əsasən zülal, lipoproteid və ya qlikoproteid molekulları, ion kanalları) ilə qarşılıqlı təsirə girir, ion kanallarını açır ilkin membran potensiallarını istiqamət və qüvvəcə dəyişdirir, elektronik ion mexanizmi üzrə resreptor potensialının (fəaliyyət və ya təsir potensialı) yaranmasını təmin edir.
Qoxu hüceyrələri çox kiçik ölçülərə malikdir və ona görə də mikroelektrodları onların içərisinə yeritməklə hüceyrədaxili reseptor potensialı qeyd etmək çətindir. Adətən hüceyrə xarici potensialı qeyd edirlər və bu zaman məlum olmuşdur ki, müxtəlif iylərlə təsir edildikdə verilmiş reseptor hüceyrə bir qayda olaraq hissiyyatın geniş spektri təzahür etdirir. Qoxunu təsnif etmək cəhdləri o qədər də səmərəli olmamışdır. Məsələn, Xeninq təsnifatında aşağıdakı qoxular ayırd edilir: gül, tərəvəz, qətran,
363
yanıq və çürüntü qoxuları. Svardemaker 9 qoxu növü ayırd edir: onların 7-si qoxu sinirinin uclarına, 2-si isə üçlü sinir və dil-udlaq sinirinə təsir edir. Qoxu analizatorunun ilk hissəsi qoxu soğanağıdır. O bir iyə qarşı zəif, digər iyə qarşı güclü reaksiya verir, üçüncü iyə qarşı isə reaksiya vermir. Deməli, bu reseptorlar kimyəvi stimullara daha çox «ümumiləşdirici» cavab reaksiyaları verməyə uyğunlaşıbdır. Tədqiqatlar belə bir qanunauyğunluq müəyyən etdi ki, qoxu reseptorları uzunmüddətli və ya dəfələrlə göstərilən kimyəvi təsirlərə yavaş adaptasiya olunan impuls yükləri ilə cavab verirlər. Bu da məlumdur ki, qoxu hissləri tez də zəifləyir və və ya sönürlər. Məsələn, üfunətli bağlı otağa daxil olanda adam əvvəlcə ikrah hissi duyur, amma bir-iki dəqiqədən sonra bu üfunəti hiss etməməyə başlayır. Belə adaptasiya heç də qoxu reseptorlarının reaksiyasının son məsələsi ilə deyil, qoxu analizatorunun mərkəzi neyron şəbəkələrində ləngimə
(tormozlanma) proseslərinin baş verməsi ilə izah edirlər.
Qoxu siqnallarının kodlaşdırılması və qoxu mərkəzlərinin neyron şəbəkələrində dekodlaşdırılması və yenidən işlənməsi mexanizmi ümumən digər analizatorlardakına oxşayır. Qoxu soğanağı neyronlarının sinaptik təşkili və əlaqələri nisbətən zəif öyrənilmişdir. Burada qoxu hissi aksonları qlomerullar və ya yumaqcıqlar adlanan neyropil strukturlarında qurtarır. Qoxu impulsları daşıyan akson lifləri məhz bu tip strukturlara daxil olur, burada yenidən qruplaşır və differensə olunur, qoxu soğanağı və qoxu qabığı neyronlarında isə daha incə analiz və sintez proseslərinə məruz qalır, ayrı-ayrı qoxu-duyğu və qavrayışlara səbəb olur.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin