Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə213/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   209   210   211   212   213   214   215   216   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

398

Şəkil 8.14. Məməlilərdə tor qişanın fotoreseptor və neyron quruluşu A. Çöpcüklər. B. Kolbacıqlar.

  1. Radopsinin fotoaktivləşməsi və II-sis retinalın izomerləşməsi;

  2. Fotoreseptorun membran dişklərində molekulyar reseptor zülalın – G-zülalın (transdusin) radopsin tərəfindən katalitik fəallaşdırılması;

  3. Transdusin zülalı ilə qarşılqlı əlaqədə fosfodiesteraza fermentin fəallaşması;

  4. Tsiklik quanizin monofosfatın (tsGMF) fosfodiesteraza ilə fəallaşdırılması;

  5. TsGMF-dən asılı membran Na+ kanallarının qapalı vəziyyətə keçməsi;

  6. Fotoreseptor hüceyrənin səth membranının ion yüklərinə (K+ və Na+ ionlarına) görə hiperpolyarlaşması, ilkin membran potensialının təsir (fəaliyyət) potensialına, sinir siqnallarına transduksiyası;

  7. Fotoreseptorlardan görmə siqnallarının tor qişasının bipolyar neyronlarına ötürülməsi.

Bu proseslərin kimyəvi və fizioloji mexanizmləri kəşf edən Corde Uold, Xolden Xartlayn və Raqnar Qranit 1967-ci ildə Nobel mükafatına layiq görülmüşdür.
399

8.15. Gözün quruluşu və optikası


Fizioloji baxımdan mühitdən beyinə daxil olan sensor hissləri 3 yerə – mexanoreseptor, temperaturağrı hissələrinə ayrımaq olar. Mexanoreseptor hissiyyata taktil (təmas, təzyiq, vibrasiya) və proprioreseptiv (postural) – pozanın hissi, statistik vəziyyət və təzyiq zamanı vəziyyət aiddir.
Hissetmənin həssaslıq yaranma yerinə görə – eksteroseptiv (daxili orqanlarda yaranmasına görə), visseral (daxili orqanlarda yaranmasına) və dərin (hissiyyat dərində yerləşmiş toxumalardan – fasiya, əzələ, sümük). Somotasensor siqnallar böyük sürətlə, visseral siqnallar yavaş sürətlə verilir.
İnsan və heyvanlarda görmə üzvü bədənin baş hissində, başın üz tərəfində yerləşir, gözlərin belə topoqrafiyası geniş görmə ilə əlaqədar olan müxtəlif davranış aktları üçün olduqca əlverişlidir.
Bir sıra heyvanlarda, o cümlədən insanda gözün quruluşu xeyli mürəkkəbləşmişdir. Görmə siniri vasitəsilə beyinlə birləşən gözdə göz alması, gözü hərəkət etdirən əzələ aparatı və gözü qoruyan kipriklər və gözyaşı vəziləri kimi morfoloji törəmələr inkişaf etmişdir (şəkil 8.15).


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin