Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


R⋅T ионунщцъейряхариъигатылы Eion = ln



Yüklə 31,99 Mb.
səhifə23/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

47
RT ионунщцъейряхариъигатылы
Eion = ln (3) zF ионунщцъейрядахилигатылы
Burada, R – qaz sabiti; T – mütləq temperatur; z – ionun valentliyi (anionlar üçün mənfidir); F – Faradey ədədidir.
Əgər sabitləri bərabərlikdə yerinə yazsaq, onda cismin temperaturu T=310K olduqda, K+ ionları üçün tarazılıq potensialı Ek bu cür olur.
[ K + ]i
EK = −61mV loq + (4)
[ K ]o
Əgər [K+ ]i =39 olarsa, cədvəl 3.1-dən göründüyü kimi,
[K+ ]o onda
Ek = -61 mV• loq39 = -61 mV -1,59 = - 97 mV.
Həqiqətən də, müəyyən olunub ki, bütün hüceyrələr membran potensialına malikdir. Məməlilərin əzələ hüceyrələrində onun səviyyəsi təxminən 90 mV təşkil edir. Şəraitdən və ionların nisbi qatılıqlarından asılı olaraq hüceyrə 40-120 mV membran potensialına malik ola bilər. Yuxarıda nümunə gətirilən hüceyrə (cədvəl 1.1) üçün təxminən –90 mV bərabər sükunət potensialı göstərir ki, kalium ionlarının membran kanalları ilə axını təxmini tarazlıqdadır. Sükunət halında membranda K+ kanallarının açıq olması təbiidir, yəni membran daha çox K+ üçün keçirici olur. Lakin membran potensialı digər ionların da axınları ilə müəyyən olunur. Yüklənməmiş zərrəciklərin membranlardan asanlıqla diffuziyası miqdarca (3) tənlikdə göstərilir. Yüklü zərrəciklər üçün keçiricilik bir qədər mürəkkəb tənliklə ifadə olunur.
µ⋅ RT
P = , (5) d F
µ – ionların membranlardakı hərəkətliliyi; d – membranın
48
qalınlığı; R, T, F – isə məlum olduğu kimi termodinamik sabitlərdir.
Müxtəlif ionlar üçün keçiriciliyin bu cür müəyyənləşdirilməsi Em membran potensialının hesablanması üçün istifadə oluna bilər, o halda ki, K+, Na+, Cl- membranlardan eyni zamanda keçir (uyğun olaraq Pk, PNa, PCl keçiriciliklə). Bu halda güman edilir ki, potensial membranda bərabər düşür, ona görə sahənin gərginliyi sabitdir. Bu zaman Qoldman tənliyi və ya sabit sahə tənliyindən istifadə olunur.
Em = R T ln PK [K+ ]o + PNa [ Na+ ]o + PCl [Cl+ ]i
F PK [K+ ]i + PNa [ Na+ ]i + PCl [Cl]o
Hüceyrə membranları üçün PK, PNa-yə nisbətən təxminən 30 dəfə yüksəkdir. PCl-un miqdarı kəskin dəyişilir. Bir çox membranlar üçün PCl, Pk ilə müqayisədə azdır. Lakin digərləri üçün (məsələn, skelet əzələlərində) PCl, Pk-ya nisbətən çox yüksəkdir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin