Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Fəal daşınma, natrium nasosu



Yüklə 31,99 Mb.
səhifə24/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Fəal daşınma, natrium nasosu. Bundan əvvəlki bölmədə ionların passiv diffuziyası və bunun nəticəsində meydana çıxan membran potensialı əks olunur. Lakin bu prosesin nəticəsində hüceyrə daxilində ionların qatılığı öz-özünə sabitləşir. Belə ki, membran potensialı bir qədər elektromənfidir və EK, ENa ilə müqayisədə daha çoxdur (təxminən +60 mV). Diffuziyanın hesabına ionların, xüsusilə də K+ və Na+ hüceyrədaxili qatılığı, hüceyrəxarici qatılıqla bərabərləşməlidir. İon qradientinin sabitliyi fəal daşınma vasitəsilə təmin olunur. Membran zülalları metabolik enerjini sərf etməklə ionları membranlardan elektrik və ya qatılıq qradientinin əksinə daşıyır. Fəal daşınma üçün daha vacib funksiyası Na/K işidir ki, bu da praktiki olaraq bütün hüceyrələrdə mövcuddur. Nasos Na+ ionlarını hüceyrədən xaricə, eyni zamanda K+ ionlarını isə hüceyrədaxilinə ötürür. Bu şəkildə Na+ ionlarının kiçik, K+ isə yüksək hüceyrədaxili qatılığı təmin olunur (cədvəl 3.1). Membranlarda Na+ ionlarının qatılıq qradienti, informasiyanın elektrik impulsları şəklində ötürülməsi, həmçinin də, digər fəal
49
daşınma mexanizmlərinin köməyilə və hüceyrənin həcminin tənzimlənməsi ilə əlaqəli spesifik funksiyaya malikdir. Ona görə də hüceyrə tərəfindən istifadə edilən enerjinin 1/3-dən çoxu Na/K nasosunun işinə sərf olunması təəccüb doğurmur. Digər bir neçə daha fəal hüceyrələrdə isə onun işinə enerjinin 70%-i sərf edilir. Na/K nəqliyyat zülalı özlüyündə ATP-azadır. Membranın daxili səthində o ATP-i ADP və fosfata parçalayır (şəkil 3.7). 3 Na ionunun hüceyrədən və eyni zamanda 2 K ionunun hüceyrəyə daşınmasına 1 molekul ATP sərf olunur. Yəni 1 tsikildə cəm halında hüceyrədən 1 müsbət yük ayrılır.
Bu şəkildə Na/K nasosu elektrogendir, (membrandan keçən elektrik cərəyanı yaradır) bu isə membran potensialının elektromənfiliyinin təxminən 10 mV artmasına səbəb olur.
Nəqliyyat zülalı bu əməliyyatı yüksək


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin