[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Şəkil 3.7. Na/K nasosu ATP-azanın sxemi (plazmatik membranın ikiqat lipid təbəqəsinə daxil olmuş) hansı ki, 1 tsikl ərzində hüceyrədən 3 Na+ ionunu çıxarır, (qatılıq və potensial qradientinin əksinə olaraq) və hüceyrəyə 2 K+ ionunu gətirir. Bu prosesin gedişində 1 ATP molekulunu ADP və fosfat turşusuna parçalayır. Sxemdə ATP-aza dimer kimi göstərilib, hansı ki, böyük
50 (funksional) və kiçik subvahidlərdən ibarətdir; membranda o iki böyük və iki kiçik subvahidlərdən təşkil olunmuş tetramer kimi mövcuddur.
sürətlə yerinə yetirir. Belə ki, saniyədə 150-600 natrium ionları daşınır. Nəqliyyat zülalında aminturşusu ardıcıllığı məlumdur, ancaq bu mürəkkəb mübadilə nəqliyyatının mexanizmi hələlik aydın deyildir. Bu prosesi zülallarla natrium və kalium ionlarının daşınmasının energetik profilini istifadə etməklə izah edirlər (şəkil 3.6, B). Bu halda mübadilənin stexiometriyasından danışmaq olar. 2 kalium ionu 3 natrium ionu ilə mübadilə olunur. Na/K nasosu, Na+/K+ -asılı membran ATP-azası kimi ürək qlikozidi uabainlə (strofantin ilə) spesifik olaraq sıradan çıxarılır. Na/K nasosu iri, çoxpilləli kimyəvi reaksiyalardan ibarətdir, o, bütün kimyəvi reaksiyalar kimi temperaturdan çox asılıdır ki, bu proses 3.8-ci şəkildə əks olunub.
Burada əzələ hüceyrələrindən natrium ionlarının axını zamana nisbətdə göstərilir; praktiki olaraq bu Na/K nasosu vasitəsilə Na ionlarının axınına ekvivalentdir, ona görə ki, qatılıq və potensial qradientlərinin əksinə Na ionlarının axını çox azdır. Əgər preparatı təxminən 180C-ə qədər soyutsaq, onda Na ionlarının hüceyrələrdən axını 15 dəfə çox olacaq, ancaq qızdırıldıqda dərhal əvvəlki vəziyyətinə qədər bərpa olur. Hüceyrədən natrium ionlarının axınının bu cür azalması diffuziya prosesi və ya sadə kimyəvi reaksiyaların temperaturdan asılılığı ilə müqayisədə bir neçə dəfə yüksəkdir. Uyğun effekt dinitrofenol (DNP) ilə zəhərlənmə nəticəsində metabolik enerji ehtiyatlarının tükənməsi zamanı da müşahidə edilir (şəkil 3.8,B). Deməli, hüceyrədən natrium ionlarının axını enerjidən asılı reaksiya ilə fəal nasosla təmin edilir. Nasosun temperatur və enerji asılılığından başqa digər xüsusiyyəti doyma səviyyəsinin olmasıdır; digər kimyəvi reaksiyalarda olduğu kimi, bu o deməkdir ki, nasosun işinin sürəti daşınan Na ionlarının qatılığının artması ilə mütənasib deyildir (şəkil 3.9).