Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Cədvəl 4.1 Kalmarın nəhəng aksonunda (Hoçkinə görə, 1951) ionlar miqdarı (mmol/kq hesabı ilə)



Yüklə 31,99 Mb.
səhifə42/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Cədvəl 4.1
Kalmarın nəhəng aksonunda (Hoçkinə görə, 1951) ionlar miqdarı (mmol/kq hesabı ilə)

İonlar

Hüceyrənin daxilində

Hüceyrənin xaricində

K+
Na+
Cl-

410
49
40

10
460
540

Elektrofizioloji tədqiqatlar sayəsində müəyyən edildi ki, hüceyrəni xaricdən əhatə edən plazmatik membran
(plazmalemma) qalınlığı 6-12 nanometrə (60-120 Å-ə) çatan çox nazik membranın kimyəvi tərkibi, əsasən zülallar, lipoidlər və az miqdarda mürəkkəb şəkərlərdən ibarətdir. Hüceyrə membranı üç təbəqədən xaricdə mukopolisaxarid (mürəkkəb şəkər) molekulaları, ortada ikiqat düzülmüş fosfolipid molekulaları, daxilində isə zülal molekulaları təbəqəsindən ibarətdir (şəkil 4.4).
83

Şəkil 4.4. Hüceyrə membranının molekulyar sxemi: X – mukopolisaxarid təbəqəsi; Z – fosfolipid təbəqəsi; Y – zülal təbəqəsi.
Belə güman edilir ki, sinir hüceyrəsi membranında dissosiasiyaya uğramış fosfat və karboksil qrupları hüceyrənin daxilinə kationlar axınını asanlaşdıran, anionlar axınını isə çətinləşdirən səbəblərdən biridir.
Müxtəlif ionlar üçün membranın keçiriciliyi eyni deyildir: o toxumanın müxtəlif funksional vəziyyətlərində dəyişir.
Əgər sakit halda membranın bu ionlara qarşı keçiriciliyi yüksəkdirsə, onda sükunət potensialı Hernst formulasına görə kalium potensialına Ek bərabər olacaqdır:
RT K0
EK = ⋅in ,
F K1
burada: R – sabit qaz, F – Faradey rəqəmi, T – mütləq temperatur, K0-ətraf mühitdə sərbəst kalium ionlarının miqdarı, K1 – onların sitoplazmadakı miqdarı.
K0 1
= olduğu zaman EK = 97,5 mv .
K1 50
Hüceyrənin nisbi sakit vəziyyətində onun membranından Na+ ionlarının daxilə keçməsi zəif, K+ ionlarının isə sitoplazmadan hüceyrəxarici mühitə axını qüvvəli olur. Məhz K+ və Na+ ionları miqdarının hüceyrə daxilində və xaricindəki münasibəti sükunət potensialını yaradan səbəb hesab edilir.
Sükunət vəziyyətində membranın xarici səthi müsbət, daxili isə mənfi yüklənir.
84
Orqanizmin bütün digər hüceyrələrində olduğu kimi neyronun hüceyrə membranın hər iki tərəfində potensiallar fərqi mövcuddur (şəkil 4.5). Potensialın ötürücüsü elektrik cərəyanını nəql edən mikroelektrod hesab olunur. O, içərisi 3 m HCl məhlulu ilə doldurulmış, diametri <1 Mkm olan nazik incə ucu 0,1 Mkm olan kapilyar şüşə pipetkadan ibarətdir.


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin