Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə50/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 4.9. Hüceyrədaxili mikroelektrodlar vasitəsilə qıcıqlandırma və potensialların qeydi.
Müəyyən olunmuşdur ki, fəaliyyət potensialı yalnız katod membranın xarici səthinə, anod isə hüceyrənin daxilinə toxunduqda
98
əmələ gəlir. Əks halda oyanma əmələ gəlmir.
Bu hadisəni başa düşmək üçün sabit elektrik cərəyanının əmələ gətirdiyi membran potensialı dəyişikliklərini nəzərdən keçirək.
Membran potensialının dəyişməsi yalnız elektrodların toxunduğu nöqtələrdə deyil, həmçinin qütblərdən bir qədər kənarda da müşahidə edilir. Lakin bu dəyişikliyin ölçüsü katod və anoddan uzaqlaşdıqca azalır. Qütblərə yaxın potensialın bu cür dəyişikliyi elektroton adlandırılmışdır. Katelekroton-katod ətrafında potensialın dəyişməsi və anelektroton-anod ətrafında dəyişiklik ayırd edilir.
Hələ keçən əsrin 60-80-ci illərində müəyyən olunmuşdur ki, orta qüvvəli sabit cərəyan sinir və əzələdən kecdikdə onda oyanma və oyanmanı nəqletmə qabiliyyəti dəyişir. Belə ki, dövrəni bağladıqda katodun toxunduğu sahədə oyanma və oyanmanı nəqletmə qabiliyyəti artır, anodun toxunduğu sahədə isə enir. Dövrə açılan zaman isə hadisə əksinə gedir. Sabit cərəyan təsiri altında toxumanın oyanma və oyanmanı nəqletmə qabiliyyətinin dəyişməsi fizioloji elektroton hadisəsi adlanır.
Deməli, dövrəni açan anda oyanma qabiliyyəti anodda yüksəlir, katodda enir, buna anelekraton deyilir. Dövrəni bağlayan anda isə oyanma qabiliyyəti katodda yüksəlir, anodda aşağı düşür, buna katelektroton deyilir.
Qütblər arasında fizioloji elektrotona məruz qalmayan sahə vardır ki, burada oyanma və oyanmanı nəqletmə qabiliyyəti dəyişmir. Buna indeferent sahə deyilir. İndeferent sahənin yeri tətbiq edilən cərəyanın qüvvəsinə görə müəyyən edilir. 1883-cü ildə B.F.Veriqo Pflügerin formulasına çox mühüm əlavə daxil etmişdir: katod oyanıcılığı artırır və oyadır, anod oyatmır və oyanıcılığı azaldır. O göstərmişdir ki, uzun müddət sabit cərəyan təsiri zamanı oyanıcılığın elektrotonik dəyişikliyi əksinə olur: katod altında oyanıcılığın ilk yüksəlməsi onun enməsi ilə əvəz olunur (katodik depressiya), anodda isə azalmış oyanıcılıq tədricən artır.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin